KUMEYL DUASINİN ŞƏRHİ

Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə əlaqə vasitəsi sayılır. Əhli-beytdən nəql olunmuş dualar arasında “Kumeyl” duası öz ali və irfani xüsusiyyətlərinə görə müstəsna yer tutur.  “Kumeyl” duasını ilahi, irfani və insani məsələləri açıqlayan əhatəli bir məktəb kimi qəbul edə bilərik. Bu duadakı incə həqiqətləri dərk etmək üçün onun hər cümləsinin şərhinə ehtiyac vardır.