Gənc və gənclik İmam Xameneinin baxışında

Giriş Gənclik ömrün fırtınalı çağıdır. Gənc həyəcanlı və gərgin dönəm olan yeniyetməlik mərhələsindən keçib nisbətən sakit bir dünyaya qədəm qoysa da, hələ də alov saçır. Gənclik insanın çiçəkləyən çağıdır. İnsan gənclikdə üzərinə ilahi vəzifələr və müxtəlif məsuliyyətlər götürür. Allah bir çox nemətlərini insana gənclik çağında bəxş edir. Gənclik elə ilahi sərvətdir ki, insan onu yalnız cənnət müqabilində xərcləyə bilər. Xoş o insanların halına ki, gəncliyin dəyərini bilib, ondan fərdi və ictimai xoşbəxtlik naminə istifadə edirlər! Gəncin həyəcanlı ruhu, eşq, gözəllik və məhəbbətlə dolu qəlbi, sual dolu beyni var, həmişə təcrübə və tamaşa ardıncadır. Gəncin qəlbi bütün daş-qayalardan, dərə-təpələrdən keçib gözəl və təravətli lalə düzünə çatmaq istəyən bir çay kimidir. Bu baxımdan, müşahidə və yaradıcılıq pəncərələri gəncin üzünə həmişə açıq olmalı, ona iman və düşüncə çırağı verilməli, ümid və təbəssüm gülləri təklif olunmalıdır. Gənclik fiziki, ruhi və instinktiv yeniliklər dünyasıdır. Bunlar onun duyğu və emosiyalarının dəyişməsinə səbəb olur. Gənclik yeni gözləntilər yaşı, hətta demək olar ki, artıq gözlənti, istək və rəğbətlər dönəmidir. Elə bu səbəbdən də İmam Xameneinin düşüncələrində gəncə və gəncliyə xüsusi diqqət ayrılmışdır.

ƏZİZ BACIMA NƏSİHƏT

Allah-təalanın insanlıq üçün qoyduğu qanunlar Qiyamətə qədər öz aktuallığını qoruyacaq. Əziz Peyğəmbərimizin (salləllahu ələyhi və alihi və səlləm) zamanında ümmətin etdiyi günahlar, O Həzrəti narahat etdiyi kimi, bu gün edilən günahlar da Zəmanə Sahibini (əccələllahu təala fərəcəhuşşərif) narahat edir. Bəli, həmin gühanlardan biri də hicabsızlıqdır…

KUMEYL DUASINİN ŞƏRHİ

Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə əlaqə vasitəsi sayılır. Əhli-beytdən nəql olunmuş dualar arasında “Kumeyl” duası öz ali və irfani xüsusiyyətlərinə görə müstəsna yer tutur.  “Kumeyl” duasını ilahi, irfani və insani məsələləri açıqlayan əhatəli bir məktəb kimi qəbul edə bilərik. Bu duadakı incə həqiqətləri dərk etmək üçün onun hər cümləsinin şərhinə ehtiyac vardır.

İLAHİ ƏDALƏT

«Allah Özündən başqa heç bir tanrı olmadığına şahiddir. Mələklər və elm sahibləri də haqqa-ədalətə boyun qoyaraq (Haqqa tapınaraq) O qüvvət və hikmət sahibindən başqa ibadətə layiq heç bir varlıq olmadığına şəhadət verdilər»…

ALLAHDAN NUR ALMIŞ İNSAN

Şəhid Burunsi bir neçə gün öncədən Bədr əməliyyatında şəhid olacağını dəfələrlə demişdi. Bəzən çox əminliklə danışır, «bu əməliyyatda şəhid olmasam, müsəlmanlığıma şübhə edin» deyirdi. Hətta bəzi yoldaşlarına şəhid olacağı yeri və zamanı da söyləmişdi. Bir neçə gündən sonra elə də oldu…

GÜNƏŞDƏN BİR ŞÜA

Böyük rəhbər Ayətullah Xamenei haqqında xatirələr   Toplayan Əli Şirazi   Mən Ayətullah Xameneini yaxından tanıyan biri kimi deyirəm, o, ictihada çatmış alimdir. Otuz il bundan qabaq Məşhəddə Gövhərşad məscidində onunla görüşmüşəm. Həmin vaxtlar o, Məşhədin hörmətli müəllimlərindən idi. Mən soruşdum ki, nə tədris edirsiniz? Dedi ki, Məkasib kitabını. Məkasib ən mühüm və çətin elmi kitablardandır. Məncə, o, fəqih və müctəhiddir. Ayətullah Fazil Lənkərani