Hacı Qasim… (DINLƏ) MP3

Onu 1982-ci ildən bəri imanlı, cəsur, təvazökar və inqilabçı bir insan kimi tanımışam. Fədakar insan idi. Gecələr ibadətlə məşğul olur, Allahla raz-niyaz edir, tez-tez Quran oxuyurdu. Allaha, əziz Peyğəmbərə (s) və ilahi övliyalara eşq bəsləyirdi. Vilayəti-fəqih sisteminə sadiq idi. Üz-başından bəndəlik, dindarlıq yağırdı. O, insanları çox sevirdi. Xalqa xidmət, məzlum və yoxsullara kömək etməyə fürsət axtarırdı. Səkkizillik müharibədə, ölkənin cənub-şərqində, Əfqanıstan, Livan, Fələstin, Suriya, İraq, Yəmən və Bəhreyndə yalnız Allahı düşünür, məzlumu müdafiə etmək barədə fikirləşirdi. Vücudunda sonsuz həddə ixlas və inanc vardı. İmamımız onun şəhadətindən iki həftə sonra Tehranın cümə namazında buyurdu: “Biz əziz şəhid Hacı Qasim Süleymaniyə bir fərd kimi baxmayaq, bir məktəb kimi baxaq; əziz şəhid komandirimizə bir məktəb, bir yol və öyrədici məktəb gözüylə baxaq”.

HAQQIN VƏDƏSİ (DINLƏ) MP3

İran İslam İnqilabı barədə nə qədər fikir ayrılıqları olsa da, bu inqilabın İslam, hətta dünya tarixində misilsiz bir hadisə olmasında şübhə yoxdur. Yarım əsr öncə şərq və qərb supergüclərinin hər biri dünyanı öz caynağı altına almağa çalışırdı, İslam dünyası güclü ideoloji, hərbi və iqtisadi hücumların hədəfinə çevrilmişdi. Müsəlman dövlətlərinin əksəriyyəti bu və ya digər supergücə yaxınlaşmaqdan ötrü yarışa girmişdilər. Xalqlar ağır kədər və sükut içərisində bu səhnəyə baxır, nə etməli olduqlarını bilmirdilər. Əllərindən də bir şey gəlmirdi. Hamı heyrət içində idi. Məğlubiyyət və uğursuzluqlardan iradələr məhv olmuşdu.

Mən və kitab (DINLƏ) MP3

Kitab və kitabın cəmiyyətdəki yeri nə zaman yadıma düşürsə, daxilən narahatçılıq və təəssüf hissi keçirirəm. Hansı baxımdan istəyirsiniz yanaşın, ölkəmizdə kitabların sayı ən azı on dəfə artmalı və geniş yayılmalıdır. Əgər bu məsələyə İslam təfəkkürünün və İslam hakimiyyətinin kitaba verdiyi əhəmiyyət baxımından yanaşsanız, onda məsələ öz təsdiqini tapmış olacaq. Çünki İslam kitaba, mütaliəyə və yazıya kifayət qədər önəm verir. Əgər insaflı bir şəxs İslam peyğəmbərinin (s), imamların (ə) və digər İslam öndərlərinin çıxışlarına nəzər salıb, onların necə bir zamanda insanları kitaba, mütaliəyə dəvət etdiklərini görsə, bütün uydurmalar zehinlərindən silinəcək. Anlayacaqlar ki, İslam düşmənlərinin kitab yandırmaq və kitabla düşmənçilik kimi əfsanələr uydurub dillər əzbəri etməkdən başqa yolları yox idi. Çünki İslam mütaliəyə həddən artıq əhəmiyyət verir.

HƏCC (DINLƏ) MP3

İхtisаsı dinlәr tаriхi оlаn dinşünаs аlim kimi (Frеnsis Bеkоnun tәbirincә) “еlmin quru gözlәri ilә” bir sırа аrаşdırmаlаr аpаrdım. Pеyğәmbәrlik vә hәr bir dindә bаş vеrmiş tаriхi tәbәddülаtlаrı tәdqiq еtdikdәn, “nә vаrdı ilә nә оldu” аrаsındа müqаyisәlәrdәn, dinlәr аrаsındаkı fәrqlәri аrаşdırdıqdаn sоnrа bеlә bir nәticәyә gәldim:Әgәr hәr bir dini bu dindә insаnın tәrbiyәsi ilә mәşğul оlаn pеyğәmbәrlik bахımındаn qiymәtlәndirsәk, hәzrәt İbrаhimin tövhid mәktәbindәki hәzrәt Mәhәmmәdin (s) pеyğәmbәrliyindәn mütәrәqqi vә güclüsünü tаpа bilmәrik. İslаmdа, hәzrәt Mәhәmmәdin (s) pеyğәmbәrliyindә ictimаi tәrәqqi, özünüdәrk, hәrәkәt, mәsuliyyәt, insаni hәdәflәr istәyi, ictimаi bахış, әdаlәt vә şәrәf ruhu, hәqiqәtpәrәstlik, tәbiәtә bахış, mаddi imkаnlаrdаn istifаdә, еlmi yüksәliş, quruculuq, mәdәniyyәt, düşüncә mübаrizәsi ruhu, хәlqçilik dаhа üstündür.

NƏHCÜL-BƏLAĞƏ (DINLƏ) MP3

Kim diqqət və düşüncə ilə «Nəhcül-Bəlağə»ni mütaliə etsə, əbədi səadətə yol tapar. Kim ona əməl etsə, Allah və Peyğəmbərin razılığını əldə edər və onun nəticəsində dünya həyatında başı uca və qəlbi diri, qəbr və qiyamətdə rahat, Cənnətdə isə kam alan olar…

RAMAZAN KÖLGƏSİNDƏ (DINLƏ) MP3

Ramazan ayı İslam təqvimində qəməri ayların doqquzuncusudur. Bu ay, həmçinin Quranda adı çəkilən yeganə aydır (ərəblər onu “məzruq ay”, yəni ruzi verilmiş ay adlandırırlar). Bu ay daxil olduğu ilk gündən bu günədək bütün müsəlmanlar tərəfindən hörmətlə qarşılanmış, müqəddəs hesab olunmuşdur. Dünya durduqca da onun bilavasitə Allaha aid olan əzəmət və təntənəsi qorunacaq, daha da inkişaf edəcəkdir. Bu əziz ayın anbaanını dərk etmək, yaşamaq – əslində bu behişt qapılarının insanların üzünə açılmasından xəbər verir – hər adama nəsib olmayan böyük uğurdur. Belə bir insan özünün səadət, xoşbəxtlik yolunda olduğunu duyacaq və ilahi nur çeşməsində könlünü, vücudunu yuyacaq. Ramazan ayı nəfsi saflaşdırmaq, özünütərbiyə ayıdır. O, qunut qanadları ilə yer darlığından, mələkut genişliyinə uçuşdur

MÜBARƏK AŞURA MEHİ (DINLƏ) MP3

Böyük Rəhbər Həzrət Ayətullah Seyid ƏliXameneinin sözlərinə əsasən qanlı məhərrəmhərəkatına bir baxış Aşuranın mübarək mehiAllah-Taalaya şükür edirik ki, yenidən bərəkətli məhərrəmvə Aşura ərəfəsində yaşamaq, həm canımızı, həm elmi, ruhi vəfiziki qüvvələrimizi Aşuranın mübarək mehindən və həzrətƏbu Abdullahın (ə) lütf mənbəyindən bəhrələndirməksəadətini bizə nəsib etdi…

GÜNƏŞDƏN BİR ŞÜA (DINLƏ) MP3

Böyük rəhbər Ayətullah Xamenei haqqında xatirələr Toplayan Əli Şirazi Mən Ayətullah Xameneini yaxından tanıyan biri kimi deyirəm, o, ictihada çatmış alimdir. Otuz il bundan qabaq Məşhəddə Gövhərşad məscidində onunla görüşmüşəm. Həmin vaxtlar o, Məşhədin hörmətli müəllimlərindən idi. Mən soruşdum ki, nə tədris edirsiniz? Dedi ki, Məkasib kitabını. Məkasib ən mühüm və çətin elmi kitablardandır. Məncə, o, fəqih və müctəhiddir. Ayətullah Fazil Lənkərani

DUA (DINLƏ) MP3

DUA Birinci fəsil: Dua, onun qəbulu və zikrin mənalarıDua nədir?İnsanın Allahla qəlb rabitəsiDua rabitәsi sizin Allahla qәlb rabitәnizdir.Allahla rabitəDua vә namazın ruhu Allahla rabitәdәn, Allahla tanışolmaqdan, mәnәviyyatdan bәhrәlәnmәkdәn, ruhupaklamaqdan vә beyni şübhәlәrdәn tәmizlәmәkdәn ibarәtdir…