Оn ikinci mәsum İmаm Hәzrәt Mәhdi ibn Hәsәn Әskәri (әlеyhissәlаm) hicrәtin iki yüz әlli bеşinci ili şәbаn аyının оn bеşindә Sаmirrа şәhәrindә аnаdаn оlmuşdur…
Saleh bir bəndə və həqiqi mənada arif insan olan Şeyx Rəcəbəli Xəyyatın xatirəsinə həsr olunan bu kitabın yazılması haqda oxucuları (xüsusilə də əgər oxucu Şeyxin şagirdlərindəndirsə) maraqlandıran ilk sual bu ola bilər: Görəsən heç bir vaxt Şeyxi görməyən və özü də ixtisas və tədqiqatları xatirə yazmaq olmayan müəllifi belə bir məcmuə yazmağa nə vadar etmişdir?
Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə əlaqə vasitəsi sayılır. Əhli-beytdən nəql olunmuş dualar arasında “Kumeyl” duası öz ali və irfani xüsusiyyətlərinə görə müstəsna yer tutur. “Kumeyl” duasını ilahi, irfani və insani məsələləri açıqlayan əhatəli bir məktəb kimi qəbul edə bilərik. Bu duadakı incə həqiqətləri dərk etmək üçün onun hər cümləsinin şərhinə ehtiyac vardır.
İmam Əlinin (ə) məktəbi insanlar üçün tərbiyə məktəbidir. Təkamül və kamal istedadı olan kəs Əmirəlmömininin uca şəxsiyyəti nurunda cana gəlir, dirilirdi. Bu insan mənəvi cəhətdən çiçəklənir və insaniyyət meracına ucalırdı…
Özünü tərbiyələndirmiş və pak insan-ların böyük ruhu başqalarına da paklıq və iman aşılayır. İsar əhlinin Allah yolunda sədaqət və fadakarlığı ətraf-dakıları da məsuliyyət və fədakarlığa ruhlandırır. ..
Hər bir düşüncə sahibi İslam Hüququnun incəliklərinə yiyələndikdən sonra şəriət hökmlərini başqalarına çatdıra bilər. Həyatın həm fərdi, həm də ictimai sahələrində fiqh elminin göstərişlərinə insanların ehtiyaclı olmaları inkarolunmazdır. Zamanın dəyişməsi, yeni mövzu və məsələlərin yaranması, baş verən hadisələr, cəmiyyətin inkişafı, əlaqələrin möhkəmlənməsi fiqh elminə olan ehtiyacı daha da artırır…