“Xarizmatik şəhidlər seçib həyatlarını yazın. Bu yaxınlarda Şəhid İbrahim Hadi haqda bir kitab oxumuşam. Kitabı oxuyub bitirsəm də, hələ kənara qoymamışam”. Ayətullah Xamenei
Qarşınızdakı kitab rəşadətləri və alicənablığı ilə şəhadət məqamına layiq görülmüş qəhrəman bir şəhidin həyat hekayəsidir…
Azərbaycanlı könüllülərdən ibarət Aşura diviziyasının kəşfiyyatçısı Mehdiqulu Rzayinin xatirələri “Necə oldu ki, mənimlə həmyaşıd olan Kərim və Dostəli cəbhəyə gedə bildilər, mənsə qəbul olmadım?! Nə üçün bu yay bitmək bilmir?!” Həmin gecə həyatımın ən isti gecələrindən biri idi. Yox, hava isti deyildi, təsadüfən, səmada bir neçə bulud parçası da var idi, lakin yatağımda çevrilir, nə edəcəyimi bilmirdim. Məni Bəsicin[1] qərargahından əliboş qaytardıqlarına inana bilmirdim. Yəni yenə küçə, məktəb və məscidlə kifayətlənməliyəm, işim yalnız gecələr küçələrdə keşik çəkməkdən və «işıqları söndürün» deməkdən ibarət olacaq?! Gecəni səhərə qədər yata bilmədim, kimsəyə də demədim ki, mən sinif imtahanı kimi Bəsicin imtahanından da kəsildim. [1] Bəsic – hazırlıq, səfərbərlik deməkdir. İİR-da xalq könüllülərindən ibarət təşkilat belə adlanır…
Bu kitabı yazdım ki, deyim: Mən sağam. Sağam ki, ailəmdən bir gündə iki nəfərin şəhid olduğunu və ananın həyat yoldaşı ilə övladının yasını birgə tutduğunu unutmayaq…
Şəhid Burunsi bir neçə gün öncədən Bədr əməliyyatında şəhid olacağını dəfələrlə demişdi. Bəzən çox əminliklə danışır, «bu əməliyyatda şəhid olmasam, müsəlmanlığıma şübhə edin» deyirdi. Hətta bəzi yoldaşlarına şəhid olacağı yeri və zamanı da söyləmişdi. Bir neçə gündən sonra elə də oldu…
Əhməd Yusifzadənin xatirələri Bi zi əsarətdən xilas edən Allaha həmd-səna, Kermanın cənub əhalisinin unutmadığı şəhid qardaşım Musanın və övladlar ından ay r ı düşən, gözl ər i daim y o lda qal an mərhum anamın əziz xat i rəsi , Şəhid Seyid Abbas Səadət in və bu ki tabda adı keçən bütün şəhidlər in ruhuna dər in hörmət l ə Bu ki tabı kö l gəsi al t ında bö y üdüyüm bö y ük qardaşım Həsən Yusifzadəyə və övladlar ım Əli və Fat imə ilə birgə həyat hüzurumu borcl u o l duğum y o ldaşım Vəhidə Sadat Hüseyniyə təqdim edi rəm!…
Bismillahir-rəhmanir-rəhim Azәrbaycanlı şәhid Hacı Sәttar İbrahiminin hәyat yoldaşı Qәdәmxeyir Mәhәmmәdinin xatirәlәri Qәlәmәalan:….Behnaz Zәrrabizadә Tәrcümәedәn:…Zәhra Hüseynzadә Şəhid Hacı Səttar İbrahiminin, nəcabətli və dözümlü həyat yoldaşı Qədəmxeyir Məhəmmədinin müqəddəs ruhlarına və onların dəyərli övladlarına təqdim olunur!…
Yaralı döyüşçü nə üçün Mehdiyə var gücü ilə qaçmasını və nəyin bahasına olursa-olsun əsir düşməməsini söylədi? O şəhidin sözləri yadımdan çıxmırdı: “Səni əsir tutacaqlar… Uşaq olduğun üçün təbliğat məqsədilə səndən sui-istifadə edəcəklər… Sən əsir düşməməlisən!” Əsirlik haqda heç vaxt düşünməmişdim! Özünün tezliklə şəhid olacağını söyləyən Hüseyn Heydəri nədən narahat idi? “Mənim bu yaxında bir uşağım olacaq. Oğlan, yoxsa qız olduğunu bilmirəm. Əgər oğlan olsa, adını Mehdi qoymaq istəyirəm”. Gözləri doldu və dedi: “Özümüzünkülərin əli ilə ölmək istəmirəm. Əgər başıma güllə dəyəcək və şəhid olacağamsa, güllənin arxadan atılmasını istəmirəm”. 3. Mehdinin geri qaçarkən çalada gördüyü xüsusi təyinatlının aqibəti necə oldu? Bir neçə əsgər bir göz qırpımında silahlarının daraqlarını xüsusi təyinatlının bədəninə boşaltdılar. Bədəni bir dirək kimi bir neçə saniyə yerlə-göy arasında qaldı, sonra isə pəhləvan kimi yerə yıxıldı. Əsir düşən bir vaxtda üstəlik bu səhnəni görmək çox ağır idi. Onu bu şəkildə öldürəcəkləri ağlıma gəlməzdi. O, şəhid olandan sonra tək-tənha qaldım. Atası nəyi öyrənəndən sonra Mehdinin cəbhəyə getməsinə icazə verdi? Bu baxımdan arxayın olun, Hacı, Mehdi lazımi təlimləri keçib. O, vuruşa və özünü müdafiə edə bilir”. Atam dedi: “Əgər belədirsə və bu az yaşı ilə faydası dəyəcəksə, etirazım yoxdur. Allaha tapşırıram və onun razı olduğuna razıyam!” Əsirliyin ilk günündən etibarən hansı məqsədlə…
Şəhid komandir Əli Çitsazianın həyat yoldaşı Zəhra Pənahinin xatirələri “Bu, gənclik çağında böyük ilahi şəxsiyyətlərin məqamına nail olmuş, həm yerdə, həm də ruhani aləmdə ucalmış bir insanın cihad və ixlas dolu həyat hekayəsidir. Mübarək olsun! Onun qısa həyatının yoldaşı olmuş rəvayətçi də öz məsum hekayəsində sədaqət, səmimiyyət və ixlasını aydın şəkildə göstərmişdir. Bu arada xatırlatmaq lazımdır ki, yazıçının sənətkar qələmi bütün bunları məharətlə və incəliklə təsvir etmişdir. Hər iki xanıma – hekayəçi və yazıçıya afərin! Seyid Əli Xamenei
Bismillahir-rәhmanir-rәhim ON ÜÇ YAŞINDA İranlı әsir Mehdi Tәhanianın xatirәlәri Qәlәmә alan: Gülüstan Cәfәrian “Var gücümlə dayanmadan qaçırdım. Başım üzərindən güllələr yağırdı. Gah ayaq üstə, gah oturaq halda, gah da sürünə-sürünə irəliləyirdim. Yerdə o qədər ölü var idi ki, tapdayıb keçməyə məcbur idim. Bir dəfə ayağa qalxıb qaçmaq istəyəndə arxadan səs eşitdim: “Mehdi… Mehdi…”