Şəhid komandir Əli Çitsazianın həyat yoldaşı Zəhra Pənahinin xatirələri “Bu, gənclik çağında böyük ilahi şəxsiyyətlərin məqamına nail olmuş, həm yerdə, həm də ruhani aləmdə ucalmış bir insanın cihad və ixlas dolu həyat hekayəsidir. Mübarək olsun! Onun qısa həyatının yoldaşı olmuş rəvayətçi də öz məsum hekayəsində sədaqət, səmimiyyət və ixlasını aydın şəkildə göstərmişdir. Bu arada xatırlatmaq lazımdır ki, yazıçının sənətkar qələmi bütün bunları məharətlə və incəliklə təsvir etmişdir. Hər iki xanıma – hekayəçi və yazıçıya afərin! Seyid Əli Xamenei
Bismillahir-rәhmanir-rәhim ON ÜÇ YAŞINDA İranlı әsir Mehdi Tәhanianın xatirәlәri Qәlәmә alan: Gülüstan Cәfәrian “Var gücümlə dayanmadan qaçırdım. Başım üzərindən güllələr yağırdı. Gah ayaq üstə, gah oturaq halda, gah da sürünə-sürünə irəliləyirdim. Yerdə o qədər ölü var idi ki, tapdayıb keçməyə məcbur idim. Bir dəfə ayağa qalxıb qaçmaq istəyəndə arxadan səs eşitdim: “Mehdi… Mehdi…”