Ирано-иракская война — один из самых жесто-ких военных конфликтов конца ХХ века. По сути,он явился попыткой иракского диктатора СаддамаХусейна подчинить молодую Исламскую Республикуи завладеть богатейшими нефтяными место-рождениямипограничной с Ираком области Хузестан.За Саддамом стояли страны Запада, в частности,США и Великобритания, стремившиеся егоруками уничтожить в зародыше иранскую револю-цию. Однако иракское руководство и его западныепокровители даже представить себе не могло, с ка-ким мощным отпором придется столкнуться за-хватчикам, когда народ Ирана в едином порывеподнимется на защиту своей страны.
Ирано-иракская война — один из самых жесто-ких военных конфликтов конца ХХ века. По сути,он явился попыткой иракского диктатора СаддамаХусейна подчинить молодую Исламскую Республикуи завладеть богатейшими нефтяными место-рождениямипограничной с Ираком области Хузестан.
Şəhid Burunsi bir neçə gün öncədən Bədr əməliyyatında şəhid olacağını dəfələrlə demişdi. Bəzən çox əminliklə danışır, «bu əməliyyatda şəhid olmasam, müsəlmanlığıma şübhə edin» deyirdi. Hətta bəzi yoldaşlarına şəhid olacağı yeri və zamanı da söyləmişdi. Bir neçə gündən sonra elə də oldu. Şəhid Burunsinin həyatında belə heyrətamiz məqamlar çoxdur. Bizi bu böyük insanın həyatını yazmağa vadar edən də onun müxtəlif sahələrdə belə böyük uğurlarıdır. O, sadə bir bənna idi. İnqilabdan öncə İslam yolunda çoxlu zəhmətlər çəkmiş, işgəncələr görmüşdür. İnqilabdan sonra isə inkişafına şərait yaranır, elə ləyaqətlə çıxış edir ki, adı dillər əzbəri olur, imperialist dairələri narahat edir, küfr öndərləri onun başına mükafat təyin edirlər. Bir bənnanın belə müvəffəqiyyətinin səbəbi isə Haqq-Taala qarşısında qeyd-şərtsiz bəndəliyidir. İmam Mehdinin (ə) müqəddəs vücuduna mütləq təslimçiliyi, ixlaslı və sədaqətli itaətkarlığı o həzrətin və məsum Əhli-beytin (ə) lütfünü cəlb edir və nəticədə bəlli möhtəşəmliklər ərsəyə gəlir. Küfr və nifaq cəbhəsi anlamayıb, hələ də anlamır ki, müqəddəs İslam Respublikası quruluşu tükənməz qüdrət tərəfindən sığortalanıb, düşmənlərin bütün hiylə və planları bunun sayəsində iflasa uğrayıb.
Gözlərim qatarın pəncərəsindən Tehranla Qum arasındakı çöllüklərə dikilmişdi, beynimdə isə günümün ağır keçəcəyini düşünürdüm. İlk dəfə gördüyüm adamlarla ölmüş əzizləri barədə danışmaq, yəqin ki, çətin olacaqdı. Mənə bu kitabı yazmaq təklif olunanda da bunu hiss etdim; qısa fasilə ilə şəhid olmuş ata-oğul olduqlarını eşidəndə həm atanı, həm də oğulu itirmiş bir ailə ilə danışmağın çətin olacağını anladım. Və əlbəttə ki, çətin oldu! Bunu söhbət zamanı Rəsul Cəfərinin qızının və həyat yoldaşının baxışlarından da bilmək olurdu. Lakin bütün bunları arxada qoyub saçını biz-biz şəklə salıb gitara çalan, tunellərdə qışqıra-qışqıra motosiklet sürən oğlanın dəcəlliklərini duymalı, aramlığa, hüzura çatmış şəxsiyyətini öyrənməliydim. O elə rahatlıq tapmışdı ki, Suriyaya getmək üçün avtobusa minəndən sonra telefonda bacısına demişdi: “Sanki çiynimdən yük götürülür, azadlığa çıxıram”.
Ənzəli-Rəşt marşrutu üzrə işləyən taksidə oturmuşam. Köhnə bir Pride avtomobilidir. Sağdakı sərnişin rahat oturub, mənsə atılıb-düşürəm. Hər dəfə tramplindən keçəndə elə bilirəm ki, ayağım asfalt üzərində sürünür. Günəş göz çıxarsa da, ilk dəfədir 35 km-lik bu yolun uzanmasını arzulayıram. Ancaq deyəsən, sürücü ayağını qazdan götürmək istəmir. Müğənni Salar Əqilinin səsi maşını başına alıb; hicran gecəsindən, yarın ayrılığından oxuyur. Başqa vaxt olsaydı, bəlkə də dodaqaltı onunla zümzümə edərdim, amma indi sözlər qulağıma çatar-çatmaz yadımdan çıxır. Bütün diqqətim bir saat sonrakı görüşümdədir: Şəhid Babək Nurinin atasıyla ilk görüş.
Zeynəbin İmam Hüseynin (ə) şəhadətinin nəticələrindən xəbərdar olması Zeynəb-Kübra o eşq, məhəbbət, mübarizə və fədakarlıq vadisində qardaşının parça-parça edilmiş bədənini yerdə görəndə yanında oturub qucaqladı, başını göyə qaldırıb fəryad etdi: “İlahi! Bu qurbanı bizdən qəbul elə!”[1] Bilirdi ki, bu qan tarix boyu müsəlmanların qəlbində şəhadət və fədakarlıq selini coşduracaq. Və coşdurdu da. Bu təlatümlü dərya Aşuradan bu yana dalğalanmağa davam edir. Şəhidlərin qanı hesabına çoxlu tağut rejimləri devrilmişdir. Zülmü viran qoyan bu güclü fırtına səbəbindən zalım Bəni-Üməyyə rejimi və bir çox Bəni-Abbas hakimiyyətləri tamamilə məhv edilib, İslam torpaqlarında çoxlu dövlətlər qurulub, İslam dini və onun vuran nəbzi olan Əhli-beyt məktəbi isə yaşayıb.
Son bir əsrdə Latın Amerikasından Cənub-Şərqi Asiyaya, Afrika səhrasından Vyetnam cəngəlliklərinə, Livan və Qəzzə sahillərinə qədər hər yerdə insanlar dünya tarixinin ən zalım rejiminə qarşı ayağa qalxmışlar. Dünyada elə bir yer tapmaq olmaz ki, Amerikanın müdaxilə izi olmasın, müstəmləkəçi xislətləri ilə xalqları, istismarçı xüsusiyyətləri ilə insanları qul etməyə çalışmasınlar. Amerikalılar ayaqlarını haraya qoymuşlarsa, orada od-alov qalxmış, qanlar tökülmüşdür. Özlərini insan haqlarının, ailənin, demokratiyanın tərəfdarı, müharibənin əleyhdarı kimi göstərirlər, ancaq bütün bu düşüncələrin ən böyük düşməni kimdir? Hansı dövlət illərdir kütləvi qırğın silahları satmaqla pul qazanır? Hansı dövlət demokratiya bəhanəsi ilə dünyanın hər tərəfinə qoşun yeridir? 2018-ci ilin 2 oktyabrında “Pew” Araşdırma Mərkəzinin tədqiqatçısı keçirdikləri sorğunun nəticələrini açıqlayarkən belə demişdi: “Amerika Birləşmiş Ştatlarının dünya üzrə reytinqi bir neçə il öncəyə nisbətən olduqca aşağı enmişdir.
Məhbubə Meracipur Bir neçə gün öncədən birlik idarəsində müharibə, cəbhəyə getmək və cihad söhbəti düşəndən özümlə əlbəyaxa idim. Qarajda gəzərək öz-özümə düşünürdüm. Bəzən metalların tak-tuk səsi ilə, şagirdlərimin səsi məni fikrimdən yayındırırdı. Sakit və başlarını aşağı salıb işləsinlər deyə, gözlərimi bərəldib onlara baxırdım. O dəqiqə başa düşürdülər ki, daha çox və daha yaxşı işləməlidirlər. Bunu anlamaq özlərinə də faydalı olur, dərhal nə demək istədiyimi başa düşürdülər. Müştərilərin xarab maşınlarının üstünə düşüb təmir etməyə çalışırdılar.
Mən Tehranın Parovoz stansiyası məhəlləsində, Səffari prospekti ilə Xorasan prospektinin arasındakı Boyaqçılar küçəsində dünyaya gəlmişəm…
İmam Xameneinin müqavimət ədəbiyyatıbarədə fikirləri vəsləndirməsi, xatirə müəlliflərini dəyərləndirməsi, dövlətməmurlarını, hərbçiləri, tələbələri, ruhaniləri və xalqın digərtəbəqələrini bu kitabları oxumağa həvəsləndirməsi, xalqı buədəbiyyatla tanış etmək üçün aidiyyəti qurumlara müraciəti, mübarizə,fədakarlıq və şəhadət ruhiyyəsini gücləndirməkdən ötrü bir çoxunuonların tərcüməsinə və müxtəlif ölkələrdə çapına qane etməsi İmamXameneinin bu müqəddəs sahədə gördüyü işlərin yalnız bir qismidir. Bu tövsiyələr müqavimət ədəbiyyatçılarını həvəsləndirdi, onlar bugənc ədəbiyyatın necə dəyərli olduğunu başa düşüb can-başlaçalışmağa başladılar.