Quranın tematik təfsiri (1) “Quranda insanşünaslıq” mövzusu, Allahın insana verdiyi məqamınaraşdırılması və tanıdılması baxımından böyük əhəmiyyət kəsb edir.Qeyd etmək lazımdır ki, bu kitabda yer alan dərslər ilk olaraq “CamiətulMustafa” Universitetində tədris olunmuşdur.Kitab otuz üç dərsdən ibarətdir. Müəyyən başlıqlar altındakı dərslər, ilkolaraq ətraflı şəkildə izah olunur, daha sonra həmin dərsin nəticələri qısaformada oxuculara təqdim olunur.Hazırkı kitab dini təhsil alan tələbələr və Quranın “İnsanşünaslıq”mövzusuna maraq göstərən ümumi oxucu kütləsi üçün nəzərdətutulmuşdur.
Quranın tematik təfsiri Dəyərli alim Höccətül-islam Məhəmməd Baqir Saivərin sizətəqdim etdiyimiz növbəti əsərində, Qurani-Kərimdə imamət etiqadıhaqda geniş və dərin araşdırma aparılmışdır. İslam dünyasında ənönəmli və əsaslı məsələlərdən olan imamət inancı daim bütünməzhəblər tərəfindən diqqətlə izlənmiş və müxtəlif şərh vəizahlarla tədqiq olunmuşdur. Amma hazırkı kitabın eyni mövzuluəsərlərdən fərqi budur ki, imamət məsələsi Qurani-Kərim vəhədislər baxımından araşdırılmasından əlavə, tarixi aspektən dətədqiq edilir və sosioloji amillər nəzərdən qaçmır. İmamətməsələsinə münasibətdə fərdin inancının psixoloji analizi ilə birgəbu məsələyə baxış tərzində onun üzərində təzyiq yaradan sosialmühəndislik, yönləndirmə funksiyalarının hansı dərəcədə təsirliolması izah edilir.
Mərcəi təqlid Ayətullah Üzma Seyid Əli Hüseyni Xameneinin fətvalarına əsasən Bu risalə dünya şiələrinin görkəmli və dahi mərcəyi təqlidi Cənab Ayətullah Üzma Hacı Seyid Əli Xameneinin (Allah onun ömrünü artırsın) fətvaları əsasına tənzim edilmiş şəri hökmlər toplusudur. Onun fiqhi fətvaları əvvəlcə “Əcvibətul-istiftaat”, yəni “Suallara cavablar” risaləsində çap və nəşr olunub. Bu risalə o cənabın fətvalarına, eləcə də müxtəlif fiqhi bölümlərdə müqəllidlərinin suallarına verdiyi cavablara aiddir. Bu risalə əvvəlcə ərəb, sonra isə fars dilinə çevrilərək nəşr edilib.
Ayətullah Seyid Əli Xamenei Namaz ən önəmli ibadətdir, düzgün şəkildə və diqqətlə yerinə yetirilsə, insanın ruhunu təmizləyər, qəlbini işıqlandırar, onu xoşagəlməz xarakterlərdən uzaq durmağa qadir edər. Namaz fərdi və cəmiyyəti tədricən bütün çirkablardan təmizləyə bilər. Yaxşı olar ki, namaz ilk vaxtında, (Allahla ünsiyyətə) diqqətlə və riyasız qılınsın, namazqılan hər sözündə Allah-taala ilə danışdığını xatırlasın və nə dediyini bilsin.