Yaşasın Kumeyl
Roman , Tövsüyə olunanlar / July 31, 2022

Stolumuzun üstündə, görkəmindən bir neçə il nəmli sandıqda qaldığı bilinən yüzvərəqli bir dəftər vardı. İlk səhifəsini açanda Möhsün Mütləqin adını, ünvanını və telefon nömrəsini gördük. Vərəqlədikcə Kumeyl batalyonunun cəbhədə qopardığı toz-dumana şahid olduq, barıt qoxusunu duyduq, bildik ki, bunlar bir bəsicinin[1] qeydləridir. Sonrakı günlərdə Möhsünlə daha yaxından tanış olduq. Onun qısa saçı və uzun duyğuları bizi dəftərin yeni bir üzvü ilə tanış etdi. [1] İranda Bəsic paramilitarist könüllülər təşkilatının üzvləri bəsici adlanır.

İnqilab və İslam quruluşu
Roman , Tövsüyə olunanlar / July 4, 2022

İmamın ən böyük üstün cəhəti bu idi ki, özünü bir şəxsiyyət olaraq önə çəkmirdi. Özlüyündə də özünü İslam və müsəlmanlarla bağlı məsələlərdə bir şəxsiyyət kimi hesab etmirdi. İmam İslamda həll olmuş, ilahi maarifə könül vermiş bir insan idi. Səmimi qəlbdən bu maarifi qəbul etmiş, onun tərkib hissəsi olmuşdu. O, Allahın insan həyatındakı hakimiyyətini qəbul etmişdi. Öz şəxsi həyatında da həqiqətən, ilahi hakimiyyəti qəbul etmişdi. Allahın qulu idi, Ona müti idi. İlahi hakimiyyət buradan başlayır. Öncə ürəyimizi Allahın bəndəsi edək. Allahı könlümüzə, varlığımıza hakim edək. Sonra bütün ölkədə, cəmiyyətdə (Allah) hakimiyyəti qurmaq yönündə hərəkət edək. Beləcə növbə dünyaya çatsın. Belə insanlar iş görə, irəliləyə bilərlər. İmam həqiqətən, bu sahədə ilahi rəhbər, öndər idi. Buna görə də onun qopardığı fəryad İslam fəryadı idi, Allah fəryadı idi. O, Allahın adının və yolunun bərəkətindən könüllərlə əlaqə yarada bildi, ürəkləri ələ aldı.

Kriskanda axşamüstü
Roman , Tövsüyə olunanlar / July 1, 2022

Çox maraqlı yazılmışdır; həm fədakar kürd gəncin əhvalatları maraqlıdır, həm də kitabın qısa və konkret yazı üslubu. İslam Respublikasının tərəfdarı olan mübariz kürdləri yaxından görüb tanısam da, onların bu kitabda qeyd olunmuş fədakarlıqları mənimçün tamamilə yeni və heyrətamizdir. Anası ilə həyat yoldaşının rolu da, həqiqətən, dəyərlidir. Xatirə müəllifinin və ailəsinin, habelə adları çəkilmiş digər kürd qüvvələrinin igidliyi və qəhrəmanlığı böyükdür. Bu gözəlliklər sayəsində, şərəfli kürd xalqının adından danışan yalançıların kobud və quldur rəftarları da aydın şəkildə ifşa olunur. Əhatəli kitabdır: tarix, sərgüzəşt, kürd etnoqrafiyası, kürdlər yaşayan bölgələrdə inqilabın əvvəllərində baş vermiş acı və şirin hadisələr… 2020-ci ilin dekabrında oxundu.