Hacı Qasim…
bioqrafiya , Roman , Tövsüyə olunanlar / December 11, 2021

Onu 1982-ci ildən bəri imanlı, cəsur, təvazökar və inqilabçı bir insan kimi tanımışam. Fədakar insan idi. Gecələr ibadətlə məşğul olur, Allahla raz-niyaz edir, tez-tez Quran oxuyurdu. Allaha, əziz Peyğəmbərə (s) və ilahi övliyalara eşq bəsləyirdi. Vilayəti-fəqih sisteminə sadiq idi. Üz-başından bəndəlik, dindarlıq yağırdı. O, insanları çox sevirdi. Xalqa xidmət, məzlum və yoxsullara kömək etməyə fürsət axtarırdı. Səkkizillik müharibədə, ölkənin cənub-şərqində, Əfqanıstan, Livan, Fələstin, Suriya, İraq, Yəmən və Bəhreyndə yalnız Allahı düşünür, məzlumu müdafiə etmək barədə fikirləşirdi. Vücudunda sonsuz həddə ixlas və inanc vardı. İmamımız onun şəhadətindən iki həftə sonra Tehranın cümə namazında buyurdu: “Biz əziz şəhid Hacı Qasim Süleymaniyə bir fərd kimi baxmayaq, bir məktəb kimi baxaq; əziz şəhid komandirimizə bir məktəb, bir yol və öyrədici məktəb gözüylə baxaq”. Hansı məktəb? İslam inqilabının iki imamının baxış üfüqlərində meydana çıxan, böyük və öhdəçi şagirdlər yetişdirən məktəb!