QADIN

Qadın və kişinin İslam tərzinə qayıdışı Əvvәldә öz İslam etiqadımı bәyan etmәyi lazım bilirәm. Biz düşünürük ki, kişi vә qadın özlәrinin layiqli ictimai mәqamlarını әldә etmәk istәyirlәrsә, gәrәk islami kimliyә malik qadın vә kişiyә çevrilsinlәr… Kitabdan bir hissə: Bu, qadın azadlığı deyil. Bu, əslində kişi azadlığıdır. Qadınların mənəvi və əxlaqi baxımdan inkişafı fikri qadınların arasında geniş yayılmalıdır. Qadınların özləri bu məsələ barədə daha çox düşünməlidirlər. Onların özləri elmə, biliyə, maariflənməyə və həyatın əsaslı məsələlərinə üz tutmalıdırlar. Tağut hakimiyyəti, qərbin səhv tərbiyəsi bu ölkədə qadınların bərbəzəyə, dəbdəbəçiliyə, əbəs zinətlərə və bəzənib özlərini göstərməyə meyl salmalarına bais oldu və bu, kişi dominantlığının əlamətlərindəndir. Qərblilərin kişi dominantlığının əlamətlərindən biri budur ki, qadını kişi üçün istəyirlər. Buna görə deyirlər ki, qadın kişinin ləzzət alması üçün bəzənməlidir. Bu, kişinin dominantlığıdır. Bu, qadın azadlığı deyil. Bu, əslində kişi azadlığıdır. Onlar kişinin azad olmasını istəyirlər. Hətta kişinin gözünün ləzzət alması üçün qadını onun qarşısında hicabsızlığa və bəzənməyə həvəsləndirirlər. Əlbəttə, qədim dövrlərdə dinsiz cəmiyyətlərin çoxlu kişilərində də bu növ eqoizm mövcud olub və indi də var. Qərblilər də bunun ən bariz nümünələri olmuşlar. Deməli, qadının mütaliəyə, elmə və tədqiqata sarı hərəkət etməsi və digər bu kimi şüarlar yalnız qadınların arasında ciddi sayılmalıdır. Ayətullah Seyyid Əli Xamenei   Kitаbın…