KAŞ VALİDEYNLƏRİM BİLƏYDİ!

(Valideynlər üçün) MÜƏLLİF: DOKTOR Lİ SALK TƏRCÜMƏ EDƏN: MƏHƏMMƏD TURAN İnsanların öz psixoloji sağlamlıqlarına münasibətdə nigarançılıqlarının artması gerçəklikdir. Əksəriyyət mənim bu iddiamı təəccüblə qarşılasa da, Amerikada xəstəxana çarpayılarının yarıdan çoxunu ruhi xəstələr tutur. Onlar məcburi surətdə təbii həyatdan və cəmiyyətdən ayrılmışlar. Onların ailələri də əzab içindədir. Ailədə yeri olan insandan uzaq düşmək çox üzücüdür…