Könül hekayəsi

MÜƏLLİF: Məhəmmədəli Cəfəri

June 28, 2022

Sanki narkomanlar kimi olmuşdum. Əgər hər gecə onu əldə etməsəydim, gözümə yuxu getmirdi, elə bil nəsə çatışmırdı. Bir gecəni sübhədək həyat yoldaşının söylədikləri əsasında Çəmranla, o biri gecəni sübhədək həyat yoldaşının söylədikləri əsasında Himmətlə keçirirdim. Dostlarım arasında “Ayın görünməyən yarımkürəsi” adlı yeni külliyyatın işıq üzü gördüyünə dair söhbət dolaşırdı. Avara-sərgərdan onun ardınca düşdük; ora zəng et, bura zəng et… Mənuçöhr Müdəqqin xatirələrilə cuşa gəldik. Tehrandan olan bir dostumuzun Əyyub Büləndi haqqında xatirələri bizə göndərməsi üçün saniyələri sayırdıq. Sonralar, yazmağa başladıqda Müdəqq, Çəmran, Himmət və Əyyub Büləndi qədər böyük bir şəhid haqqında kitab yazmaq və onun “Rəvayəti-fəth” tərəfindən çap olunması arzularımın bir parçasına çevrildi. Amma günlərin bir günü “Rəvayəti-fəth” üçün şəhid dostum haqqında kitab yazacağım heç vaxt xəyalıma gəlməzdi; elə bir dost haqqında ki, özü də belə kitabların əsas müştərilərindən olmuşdu; elə bir dost haqqında ki, şəhid olduqdan sonra xatirələrini “Ayın görünməyən yarımkürəsi” külliyyatında dərc etdirməsini həyat yoldaşına vəsiyyət etmişdi.

2 Comments

  • Leyla October 23, 2022 at 9:25 pm

    Salam men ios istifadeçisiyem bu kitabları nece pdf şeklinde oxuya bilerem zehmet olmazsa melumat vererdiz

    • ADMİN February 17, 2023 at 12:15 am

      Salam Microsoft ios istifadəçiləri üçün WORD tətbiqi yaradıb. WORD formatından istifadə edə bilərsiniz.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 − three =