İnqilab və İslam quruluşu

MÜƏLLİF: Həsən Qüddusizadə

July 4, 2022

İmamın ən böyük üstün cəhəti bu idi ki, özünü bir şəxsiyyət olaraq önə çəkmirdi. Özlüyündə də özünü İslam və müsəlmanlarla bağlı məsələlərdə bir şəxsiyyət kimi hesab etmirdi. İmam İslamda həll olmuş, ilahi maarifə könül vermiş bir insan idi. Səmimi qəlbdən bu maarifi qəbul etmiş, onun tərkib hissəsi olmuşdu. O, Allahın insan həyatındakı hakimiyyətini qəbul etmişdi. Öz şəxsi həyatında da həqiqətən, ilahi hakimiyyəti qəbul etmişdi. Allahın qulu idi, Ona müti idi.

İlahi hakimiyyət buradan başlayır. Öncə ürəyimizi Allahın bəndəsi edək. Allahı könlümüzə, varlığımıza hakim edək. Sonra bütün ölkədə, cəmiyyətdə (Allah) hakimiyyəti qurmaq yönündə hərəkət edək. Beləcə növbə dünyaya çatsın. Belə insanlar iş görə, irəliləyə bilərlər. İmam həqiqətən, bu sahədə ilahi rəhbər, öndər idi. Buna görə də onun qopardığı fəryad İslam fəryadı idi, Allah fəryadı idi. O, Allahın adının və yolunun bərəkətindən könüllərlə əlaqə yarada bildi, ürəkləri ələ aldı.

No Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ten + 8 =