Ayətullah Xameneinin “Xatun və Komandan” kitabına yazdığı qeydlər: Allahın salamı olsun ixlaslı və fədakar döyüşçü Şəhid Əlirza Təvəssüli, həmçinin onun məhəbbətli və səbirli həyat yoldaşı, dəyərli Ümmul-Bənin xanıma.Bu kitabda yazılan, əfqanlı mühacirlərin başına gələn hadisləri, etibar etdiyim ayrı bir qaynaqdan daha öncə eşitməmişdim. Bəziləri, həqiqətən çox narahat edicidir. Lakin bunu vurğulamaq istəyirəm ki, Fatimiyyun briqadasının cihad hərəkatı bütün əfqanlıların fəxr qaynağıdır…
“Bintül-hüda” (hidayət qızı) kimi tanınan iraqlı yazıçı, siyasi və ictimai xadim Aminə əs-Sədr 1937-ci ildə Bağdadın Kazimiyyə məntəqəsində anadan olub. Atası Heydər əs-Sədr vəfat edəndə onun iki yaşı vardı. Atasının ölümündən sonra maddi çətinliklə üzləşən ailəsi 1945-ci ildə Nəcəf şəhərinə köçür. O, uşaq yaşlarından təhsilə və elmə maraq göstərir, bu şövqlə boya-başa çatır…
İqbalSəna kuklasını taxçanın üstünə qoyub dedi: -Bazara aparmaq istəyirəm.Səmir güldü: – Onun üçün nə alacaqsan?Səna pəncərəyə tərəf getdi, uzaqlara baxdı. Ucsuz-bucaqsız bir düzənlikdə böyük şəhər görünürdü. Əbyə kəndi salınmış təpənin ətəyində qovaq ağacları ucalmışdı. Əbyə, şəhəri qoruyan gözətçi qalasına bənzəyirdi…
Ev işlərini görə-görə qonaq otağındakı televizoru dinləyirdim. Xəbərlər proqramı verilirdi. Xəbərlərin biri üç hərəm şəhidinin dəfni barədəydi: Seyid Mürtəza Hüseyni, Əli Hüseyni və Məhəmmədcavad Rüstəmi. Diktor deyirdi ki, hər üç şəhid Fatimiyyun diviziyasından olub, cəsədləri beş ildən sonra DNA testi ilə müəyyən edilib.
“Əgər yaxşılıqdan söhbət düşsə, siz Əhli–beyt onun əvvəli, kökü, budağı, ocağı, yeri və sonusunuz. Ata–anam və canım sizə qurban!” Böyük Camiə ziyarətnaməsindən
Məhlanı qucağıma alıram. Göz yaşlarım axmağabaşlayır. Ağlıma belə gəlməzdi ki, hələ getməyə macaltapmamış, onun üçün bu qədər darıxacam…
Səksəninci illərdənəm. Müharibəni əsla hiss etməsəm də, taleyim elə gətirdi ki, səkkizillik müqəddəs müdafiə qəhrəmanları barədə yazar oldum, yeniyetmə çağlarını vətənin müdafiəsinə həsr etmiş, təxminən qırx ildən sonra o dövrün xatirələrini mənə danışan əsgərlər barədə yazdım. Onlar hər dəfə danışanda gülür, ağlayır və heyifsilənirdilər. Mənə maraqlı gəlirdi, hər dəfə deyirdim ki, bu nəsil kimisi bir də gəlməyəcək…
Allah-taala qız və qadınlara həzrət Zəhranı (s) nümunə seçməklə bildirir ki, mənəvi tərəqqi kişi və ya qadın cinsinə xas deyil. Kişi və qadın mahiyyətcə Allah dərgahında bərabər olub, hər biri yalnız iman və təqva sayəsində bir-birindən fərqlənir…
Eşq əfsanələri belə yaranır; bəla dövründə, sıxıntı, hətta aclıq dönəmində… Bu əfsanələr uzun illər sonra da danışılır: yaxında deyil, uzaqda yaranan eşq macəraları, vüsal həsrətilə günləri saymaq…
Ötən illərə rəğmən hələ də məhəllə uşaqlarının gülüş səsləri qulağımda cingildəyir. Hələ də özümü Zərəndin küçə və dalanlarında dostları ilə qaçışan şən və azad qızcığaz hiss edirəm…