AŞURA İBRƏTLƏRİ (DINLƏ) MP3

AŞURA İBRƏTLƏRİ İslam İnqilabının Böyük Rəhbəri cənab Ayətullah Seyid Əli Xameneinin çıxışlarından seçmələr “Məhəmməd Rəsulullah” diviziyasının komandirləri ilə görüşdə çıxış (10 iyun, 1996) İslam mədəniyyətində daha çox erkən İslam tarixində və bir qədər də digər dövrlərdə bariz nümunələri görünən mühüm məqamlardan biri döyüş və cihad mədəniyyətidir. Cihad yalnız döyüş meydanında iştirak etmək demək deyil. Çünki…

QADIN (DINLƏ) MP3

Qadın və kişinin İslam tərzinə qayıdışı Əvvәldә öz İslam etiqadımı bәyan etmәyi lazım bilirәm. Biz düşünürük ki, kişi vә qadın özlәrinin layiqli ictimai mәqamlarını әldә etmәk istәyirlәrsә, gәrәk islami kimliyә malik qadın vә kişiyә çevrilsinlәr… Kitabdan bir hissə: Bu, qadın azadlığı deyil. Bu, əslində kişi azadlığıdır. Qadınların mənəvi və əxlaqi baxımdan inkişafı fikri qadınların arasında geniş yayılmalıdır. Qadınların özləri bu məsələ barədə daha çox düşünməlidirlər. Onların özləri elmə, biliyə, maariflənməyə və həyatın əsaslı məsələlərinə üz tutmalıdırlar. Tağut hakimiyyəti, qərbin səhv tərbiyəsi bu ölkədə qadınların bərbəzəyə, dəbdəbəçiliyə, əbəs zinətlərə və bəzənib özlərini göstərməyə meyl salmalarına bais oldu və bu, kişi dominantlığının əlamətlərindəndir. Qərblilərin kişi dominantlığının əlamətlərindən biri budur ki, qadını kişi üçün istəyirlər. Buna görə deyirlər ki, qadın kişinin ləzzət alması üçün bəzənməlidir.

AZADLIQ (DİNLƏ) MP3

İslam İnqilabının Böyük Rəhbəri həzrət AyətullahXameneinin nəzərindən Mövzunun aydınlaşması üçün “azadlıq” sözünün mənası vəİslamın bu barədə görüşü haqda danışmaq zərurəti yaranır.Ümid edirəm söhbətlərin məcmusu ictimaiyyətinməlumatlandırılması, habelə bizim kimi məsul şəxslərin əməletməsi üçün faydalı olacaq…

İslam oyanışı (DİNLƏ) MP3

Ayətullah Xameneinin çıxışlarından Əziz iştirakçılara, qonaqlara xoş gəldiniz deyirəm. Bizi bu məclisə toplayan İslami oyanış prosesidir. Yəni məntəqə xalqları arasında böyük təbəddülat yaratmış, inqilablar ərsəyə gətirmiş oyanış və agahlıq gündəmdədir. Bu oyanış məntəqəyə və dünyaya hakim kəsilmiş şeytanların ağlına gəlmirdi. Bu əzəmətli dirçəliş istibdad sədlərini viran qoydu, onun mühafizlərini dizə çökürüb qəzəbə gətirdi…