ƏLLİNCİ PAYIZ
Roman , Tövsüyə olunanlar / June 2, 2020

Atamla anam pıçıldaşırdılar. Nə barədə danışdıqları maraqlı gəlirdi. Hacı Sədulla xəbərsiz bizə gələndə də nəsə baş verdiyini anladım…

SACİ
Roman , Tövsüyə olunanlar / March 21, 2020

Anamla mənim həyatım bir-birinə çox oxşayır. Anam – Səkinə xanım uşaqlıq və gənclik dövrlərində çətin günlər yaşamış, başı çox müsibətlər çəkmiş, sonda xoşbəxt ailə həyatı qurmuşdu. Atam gəmidə çalışdığından çox vaxt günü dənizdə keçirdi. Sahildə olduğu zaman isə Həffar Berim[1](Qeyd) limanında lövbər salan xarici gəmilərin təsərrüfat işlərinə rəhbərlik edirdi…

QALAHƏMUDUN SİRRİ
Roman , Tövsüyə olunanlar / March 3, 2020

Müqəddəs hərəmlərin müdafiəsində şəhid olan ruhani Seyid Əsğər Fatimitəbar “Ay İlhamə, hal-hazırda həzrət Zeynəbin (s) hərəmi müdafiə tələb edir, böyük təhlükə qarşısındadır! Mən on il təhsil almışam, indi isə vəzifə və əməl vaxtıdır. Özün də xəbərlərdə hər gün Suriyada qətliam edilən günahsız uşaqların vəziyyətini müşahidə edirsən. Düşmənin əsil məqsədi Suriya yox, İrandır! Onlar hələ bizim sərhədlərimizə çatmayıblar. Vəziyyət o yerə çatmayınca özümüz onların qarşısını kəsməliyik!”

Mirvariyə çevrilən ürək qanı
Roman , Tövsüyə olunanlar / February 21, 2020

Ayətullah Seyid Əli Xameneinin sürgün və həbslərinə dair xatirələri Bir dəfə qonşu kameradan divara vurulduğunu eşitdim, amma mənasını anlamadım. Bildim ki, bu zərbələrdə bir məqsəd var. Bir gün diqqətlə kameranın divarlarına baxırdım. Adətən, dustaqlar başlarını yeni bir işlə qarışdırmaq üçün belə edirlər. Divarda dustaqların yadigarlarını, zarafat və lətifələrini oxuyurdum. Kameranın qapısının yanında bir divar vardı, ora çox zəif işıq düşürdü. Həmin divara baxanda hərflərə və onların kodlarına dair bir cədvəl diqqətimi cəlb etdi. Yavaş-yavaş cədvəlin dili ilə tanış oldum və morze işarələri olduğunu gördüm. Onu öyrənməyə başladım və get-gedə qonşu divardan gələn siqnalların mənasını anladım… Bu xatirələrin sahibi İslam inqilabının dəyərli şəxsiyyətlərindən biri olan Ayətullah Seyid Əli Hüseyni Xameneidir. Mərhum İmam Xomeyni kimi o da mübarizə illərində öz fəaliyyətini xalq, xüsusən də gənclər üzərində qurmuş, tələbə və gənclərlə əlaqə yaratmaq üçün İranın müxtəlif vilayətlərində fəaliyyət göstərmişdi. Onun məqsədləri gənclərin amalları ilə eyni idi: şərəf və ləyaqət, hegemon dünyanın asılılığından qurtuluş, tağutlara, xalqları xar edənlərə, xüsusən də Amerikaya və sionist düşmənə qarşı mübarizə.

REYHAN ƏTİRLİ EV
Roman , Tövsüyə olunanlar / January 11, 2020

Məhəmməd Hadi, Zülfüqari ailəsinin üçüncü uşağı idi. Dünyaya gəldiyi cümə axşamı, 2 fevral 1989-cu il, İmam Hadinin (ə) vəfatının ildönümü gününə təsadüf etdiyindən, adını Hadi qoydular…

MƏHBƏSİN TƏNHALIĞI
Roman , Tövsüyə olunanlar / January 7, 2020

Bəzi gülüşlər bizə tanış gəlir. Bu gülüşlərin harada olması mühüm deyil; divarın üzərindəki rəsmdə və ya şəkil çərçivəsinin içində və yaxud da qəlbimizin dərinliyində. Bizə elə gəlir ki, o gülən şəxsi tanıyırıq. Bu gülüşləri həyatımızda az görmüşük…

Kod adı : Həsən Baqiri
Roman , Tövsüyə olunanlar / November 7, 2019

1983-cü ilin yanvar ayının 29-da döyüş komandirlərindən bir qrupu İmam Xomeyni ilə görüşə getmişdilər. O zaman Cəmarana mühüm bir xəbər gəldi: “Həsən Baqiri şəhid oldu”…