Hacı Qasim…

MÜƏLLİF: Əli Şirazi

December 11, 2021

Onu 1982-ci ildən bəri imanlı, cəsur, təvazökar və inqilabçı bir insan kimi tanımışam. Fədakar insan idi. Gecələr ibadətlə məşğul olur, Allahla raz-niyaz edir, tez-tez Quran oxuyurdu. Allaha, əziz Peyğəmbərə (s) və ilahi övliyalara eşq bəsləyirdi. Vilayəti-fəqih sisteminə sadiq idi. Üz-başından bəndəlik, dindarlıq yağırdı.

O, insanları çox sevirdi. Xalqa xidmət, məzlum və yoxsullara kömək etməyə fürsət axtarırdı. Səkkizillik müharibədə, ölkənin cənub-şərqində, Əfqanıstan, Livan, Fələstin, Suriya, İraq, Yəmən və Bəhreyndə yalnız Allahı düşünür, məzlumu müdafiə etmək barədə fikirləşirdi. Vücudunda sonsuz həddə ixlas və inanc vardı.

İmamımız onun şəhadətindən iki həftə sonra Tehranın cümə namazında buyurdu: “Biz əziz şəhid Hacı Qasim Süleymaniyə bir fərd kimi baxmayaq, bir məktəb kimi baxaq; əziz şəhid komandirimizə bir məktəb, bir yol və öyrədici məktəb gözüylə baxaq”.

Hansı məktəb? İslam inqilabının iki imamının baxış üfüqlərində meydana çıxan, böyük və öhdəçi şagirdlər yetişdirən məktəb!

3 Comments

  • Bəndə December 11, 2021 at 9:56 am

    Çox gözəl kitablar var sizin kitabxanada. Allah razı olsun

    • Ali ALIEV April 27, 2022 at 2:01 pm

      gözəl gününüz olsun . Çox sağ olun

  • Əli December 11, 2021 at 7:17 pm

    Salam bu kitabı bir neçə ədəd çap edə bilərəm icazəsi var?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eight − four =