Sanki narkomanlar kimi olmuşdum. Əgər hər gecə onu əldə etməsəydim, gözümə yuxu getmirdi, elə bil nəsə çatışmırdı. Bir gecəni sübhədək həyat yoldaşının söylədikləri əsasında Çəmranla, o biri gecəni sübhədək həyat yoldaşının söylədikləri əsasında Himmətlə keçirirdim. Dostlarım arasında “Ayın görünməyən yarımkürəsi” adlı yeni külliyyatın işıq üzü gördüyünə dair söhbət dolaşırdı. Avara-sərgərdan onun ardınca düşdük; ora zəng et, bura zəng et… Mənuçöhr Müdəqqin xatirələrilə cuşa gəldik. Tehrandan olan bir dostumuzun Əyyub Büləndi haqqında xatirələri bizə göndərməsi üçün saniyələri sayırdıq. Sonralar, yazmağa başladıqda Müdəqq, Çəmran, Himmət və Əyyub Büləndi qədər böyük bir şəhid haqqında kitab yazmaq və onun “Rəvayəti-fəth” tərəfindən çap olunması arzularımın bir parçasına çevrildi. Amma günlərin bir günü “Rəvayəti-fəth” üçün şəhid dostum haqqında kitab yazacağım heç vaxt xəyalıma gəlməzdi; elə bir dost haqqında ki, özü də belə kitabların əsas müştərilərindən olmuşdu; elə bir dost haqqında ki, şəhid olduqdan sonra xatirələrini “Ayın görünməyən yarımkürəsi” külliyyatında dərc etdirməsini həyat yoldaşına vəsiyyət etmişdi.
Mustafanın necə Mustafa olduğunu bilmək üçün ata-anasıyla danışmalı idim; danışdım da. Hətta həyat yoldaşı, dostları və müəllimi ilə də danışdım. Lakin ananın rolu özünəməxsus idi; ana xatirələri, ana qüssəsi… Onun səbri də başqa bir aləm idi. Odur ki, kitabın adını belə qoydum: “Mən Mustafanın anasıyam”. Mustafanın anası xanım Siddiqə Salariana təqdim olunur! O, gənc övladının izdihamlı dəfn mərasimində namərd düşməni belə təhqir etdi: “Mən bu Mustafanı istəyirdim, qorxaq Mustafanı yox! Mən Mustafanın Əlirzasını da Mustafa kimi böyüdəcəyəm…” Və beləliklə, o, iyirmi birinci əsrdə Ümm-Vəhəbin adını dirçəltdi.
1. Universitetin əhəmiyyəti ölkənin gələcəyinin əhəmiyyəti qədərincədir. Universitetin əhəmiyyəti ölkənin gələcəyinin əhəmiyyəti qədərincədir. Əgər biz gələcəkdə böyük, abad, inkişaf etmiş, mütərəqqi, sivilizasiyalı, maddivə mənəvi tərəflərə malik ölkə olmaq istəyiriksə, unversitetlərlə məşğul olmalıyıq. Başqa çarəmiz yoxdur. Bizim hər işimiz elmi olmalıdır. Bu gün elm olmadan, elmi baxış olmadan dünyada addım atmaq, uğur qazanmaq olmaz.