Sanki narkomanlar kimi olmuşdum. Əgər hər gecə onu əldə etməsəydim, gözümə yuxu getmirdi, elə bil nəsə çatışmırdı. Bir gecəni sübhədək həyat yoldaşının söylədikləri əsasında Çəmranla, o biri gecəni sübhədək həyat yoldaşının söylədikləri əsasında Himmətlə keçirirdim. Dostlarım arasında “Ayın görünməyən yarımkürəsi” adlı yeni külliyyatın işıq üzü gördüyünə dair söhbət dolaşırdı. Avara-sərgərdan onun ardınca düşdük; ora zəng et, bura zəng et… Mənuçöhr Müdəqqin xatirələrilə cuşa gəldik. Tehrandan olan bir dostumuzun Əyyub Büləndi haqqında xatirələri bizə göndərməsi üçün saniyələri sayırdıq. Sonralar, yazmağa başladıqda Müdəqq, Çəmran, Himmət və Əyyub Büləndi qədər böyük bir şəhid haqqında kitab yazmaq və onun “Rəvayəti-fəth” tərəfindən çap olunması arzularımın bir parçasına çevrildi. Amma günlərin bir günü “Rəvayəti-fəth” üçün şəhid dostum haqqında kitab yazacağım heç vaxt xəyalıma gəlməzdi; elə bir dost haqqında ki, özü də belə kitabların əsas müştərilərindən olmuşdu; elə bir dost haqqında ki, şəhid olduqdan sonra xatirələrini “Ayın görünməyən yarımkürəsi” külliyyatında dərc etdirməsini həyat yoldaşına vəsiyyət etmişdi.
Mustafanın necə Mustafa olduğunu bilmək üçün ata-anasıyla danışmalı idim; danışdım da. Hətta həyat yoldaşı, dostları və müəllimi ilə də danışdım. Lakin ananın rolu özünəməxsus idi; ana xatirələri, ana qüssəsi… Onun səbri də başqa bir aləm idi. Odur ki, kitabın adını belə qoydum: “Mən Mustafanın anasıyam”. Mustafanın anası xanım Siddiqə Salariana təqdim olunur! O, gənc övladının izdihamlı dəfn mərasimində namərd düşməni belə təhqir etdi: “Mən bu Mustafanı istəyirdim, qorxaq Mustafanı yox! Mən Mustafanın Əlirzasını da Mustafa kimi böyüdəcəyəm…” Və beləliklə, o, iyirmi birinci əsrdə Ümm-Vəhəbin adını dirçəltdi.
1. Universitetin əhəmiyyəti ölkənin gələcəyinin əhəmiyyəti qədərincədir. Universitetin əhəmiyyəti ölkənin gələcəyinin əhəmiyyəti qədərincədir. Əgər biz gələcəkdə böyük, abad, inkişaf etmiş, mütərəqqi, sivilizasiyalı, maddivə mənəvi tərəflərə malik ölkə olmaq istəyiriksə, unversitetlərlə məşğul olmalıyıq. Başqa çarəmiz yoxdur. Bizim hər işimiz elmi olmalıdır. Bu gün elm olmadan, elmi baxış olmadan dünyada addım atmaq, uğur qazanmaq olmaz.
“Rəvayətçi kitabları” seriyası həm xatirə kitabıdır, həm də deyil; həm tarixi-siyasi, habelə coğrafi-hərbi kitabdır, həm də deyil. Əslində, bunların hamısıdır. Bu kitablar müvafiq bölgədə müharibənin əlifba hərflərindən toplusunu ehtiva edir, (keçmiş döyüşçülərdən olan müharibə) rəvayətçisi bu əlifbadan öz bacarığına və dinləyicisinə uyğun cümlələr qurub (cəbhə bölgələrinin ziyarətçilərinə danışır). Bu seriya ilk mərhələsindədir, təkmilləşməsi üçün görüləsi işləri çoxdur. Biz onun tam əhatəli olduğunu iddia etmirik; hərçənd, bundan öncə yazılmış əsərlərin təcrübəsindən istifadə edib yeni bir addım atmağa çalışmışıq. Ümidvarıq ki, rəvayət və müharibə öncüllərinin tövsiyələri ilə növbəti çaplarda daha da təkmilləşəcəkdir.
Elm istehsalının, yəni elmin sərhədlərini aşıbinkişaf etmək, elm öyrənməklə və elm sahəsində hərhansı bir dərin biliyə malik olmaqla fərqlidir. Bizimikincisinə ehtiyacımız var. Əlbəttə, bu, o demək deyilki, birincisinə ehtiyacımız yoxdur, ehtiyacımız var,lakin o, kifayət deyil. Alimlərin müxtəlif elmisahələrdə, istər humanitar, istərsə də təcrübielmlərdə olan yazı və araşdırmalarının yaxşı başadüşülüb, insanın təyin meyarına və uyğun sahədəkison qərarına çevrilməsi yaxşı deyil. Biz görürük ki,bu və ya digər sahələrdə tədqiqatları, araşdırma və4nəzəriyyələri öyrənmək qərb dünyasında da qəbulolunan və etimad göstərilən əsas deyil, xüsusənhumanitar sahədə bu belədir. Əlbəttə, bu, təcrübielmlərdə və texnologiyada da özünü göstərir.
Elm, texnologiya və onların şaxələri ilə mədəniyyət arasında fərq var. Bunlar ayrı-ayrı məsələlərdir. Elmin özü mədəniyyətin şaxələrindən olsa da, bir xalqın mədəniyyəti xüsusi mənada, onun təsəvvürlərindən, fikir və düşüncələrindən, əqidə və inamlarından, adət və ənənələrindən ibarətdir. Biz bu baxımdan elm və texnologiyada inkişaf etmiş ölkələrdən nəinki geridə deyilik, hətta öndəyik də. Mən məsələni böyütmək, şişirtmək istəmirəm və qəbul edirəm ki, mədəniyyətin bəzi şaxələrində xarici ölkələr və xüsusən də avropalılar bizdən öndədirlər.
Bugünkü Avropa mədəniyyətinin kökü qədim Roma mədəniyyətinə qayıdır. Yəni bu gün bütünlüklə Avropa və Qərb mədəniyyətinə və bunun ardınca Amerika mədəniyyətinə hakim olan elementlər Roma imperiyasında mövcud olan qayda və prinsiplərdir. Bugünkü meyar onlardan ibarətdir. O zaman da qadınları böyük məqama ucaldıb, hörmət edirdilər, müxtəlif zinətlərlə bəzəyirdilər. Amma nə üçün? Kişidə mövcud olan ən aşağı və ən maddi hissi doyurmaq üçün. Bu, insana və qadına qarşı necə də böyük təhqirdir!