Qazilikdən şəhidliyə
bioqrafiya , Roman , Tövsüyə olunanlar / February 22, 2022

Artıq vaxtı gəlmişdi. Daha nə qədər gözləməli idimki! Məgər on yeddi il azdır?! Bu qədər gözləmişdim,heç nə olmamışdı. Daim qulağım səsdə olmuşdu, ammaheç nə baş verməmişdi. Artıq əlimi əlimin üstünə qoyubgözləmək istəmirdim. Qərarımı vermişdim: çoxdandırbeynimi məşğul etmiş kişinin həyatını yazacaqdım.2000-ci ildə hələ orta məktəbdə oxuyurdum, hərcümə səhər çağı ev-eşiyi təmizləyirdim. Bir dəfətelevizor açıq idi, Qumun yerli kanalında veriliş gedirdi.Qonaq otağına girəndə gözlərim ağ-qara ekrana sataşdı.Kamera bir evin divarlarını göstərirdi. Aşağı enəndə birqadın, sonra da bir kişi göründü. Kişi çarpayıdauzanmışdı; sakitcə gülümsəyir, utancaq halda kamerayabaxırdı. Onu görən kimi beynimdə yüzlərlə sual yanyana düzüldü və bircəsinin də cavabını tapmadım:Adam o şəraitdə necə yaşayır? Gecə-gündüzünü necəbaşa vurur? Ailəsi nə edir? O vəziyyətdə necə rahatgülümsəyə, sakitcə kameraya baxa bilir?..