VƏ BİR TƏBƏSSÜM
Roman / October 1, 2021

Ənzəli-Rəşt marşrutu üzrə işləyən taksidə oturmuşam. Köhnə bir Pride avtomobilidir. Sağdakı sərnişin rahat oturub, mənsə atılıb-düşürəm. Hər dəfə tramplindən keçəndə elə bilirəm ki, ayağım asfalt üzərində sürünür. Günəş göz çıxarsa da, ilk dəfədir 35 km-lik bu yolun uzanmasını arzulayıram. Ancaq deyəsən, sürücü ayağını qazdan götürmək istəmir. Müğənni Salar Əqilinin səsi maşını başına alıb; hicran gecəsindən, yarın ayrılığından oxuyur. Başqa vaxt olsaydı, bəlkə də dodaqaltı onunla zümzümə edərdim, amma indi sözlər qulağıma çatar-çatmaz yadımdan çıxır. Bütün diqqətim bir saat sonrakı görüşümdədir: Şəhid Babək Nurinin atasıyla ilk görüş.

İman qəbiləsi
Roman / October 1, 2021

Son bir əsrdə Latın Amerikasından Cənub-Şərqi Asiyaya, Afrika səhrasından Vyetnam cəngəlliklərinə, Livan və Qəzzə sahillərinə qədər hər yerdə insanlar dünya tarixinin ən zalım rejiminə qarşı ayağa qalxmışlar. Dünyada elə bir yer tapmaq olmaz ki, Amerikanın müdaxilə izi olmasın, müstəmləkəçi xislətləri ilə xalqları, istismarçı xüsusiyyətləri ilə insanları qul etməyə çalışmasınlar. Amerikalılar ayaqlarını haraya qoymuşlarsa, orada od-alov qalxmış, qanlar tökülmüşdür. Özlərini insan haqlarının, ailənin, demokratiyanın tərəfdarı, müharibənin əleyhdarı kimi göstərirlər, ancaq bütün bu düşüncələrin ən böyük düşməni kimdir? Hansı dövlət illərdir kütləvi qırğın silahları satmaqla pul qazanır? Hansı dövlət demokratiya bəhanəsi ilə dünyanın hər tərəfinə qoşun yeridir? 2018-ci ilin 2 oktyabrında “Pew” Araşdırma Mərkəzinin tədqiqatçısı keçirdikləri sorğunun nəticələrini açıqlayarkən belə demişdi: “Amerika Birləşmiş Ştatlarının dünya üzrə reytinqi bir neçə il öncəyə nisbətən olduqca aşağı enmişdir.