ALLAHDAN NUR ALMIŞ İNSAN
Roman / October 31, 2021

Şəhid Burunsi bir neçə gün öncədən Bədr əməliyyatında şəhid olacağını dəfələrlə demişdi. Bəzən çox əminliklə danışır, «bu əməliyyatda şəhid olmasam, müsəlmanlığıma şübhə edin» deyirdi. Hətta bəzi yoldaşlarına şəhid olacağı yeri və zamanı da söyləmişdi. Bir neçə gündən sonra elə də oldu. Şəhid Burunsinin həyatında belə heyrətamiz məqamlar çoxdur. Bizi bu böyük insanın həyatını yazmağa vadar edən də onun müxtəlif sahələrdə belə böyük uğurlarıdır. O, sadə bir bənna idi. İnqilabdan öncə İslam yolunda çoxlu zəhmətlər çəkmiş, işgəncələr görmüşdür. İnqilabdan sonra isə inkişafına şərait yaranır, elə ləyaqətlə çıxış edir ki, adı dillər əzbəri olur, imperialist dairələri narahat edir, küfr öndərləri onun başına mükafat təyin edirlər. Bir bənnanın belə müvəffəqiyyətinin səbəbi isə Haqq-Taala qarşısında qeyd-şərtsiz bəndəliyidir. İmam Mehdinin (ə) müqəddəs vücuduna mütləq təslimçiliyi, ixlaslı və sədaqətli itaətkarlığı o həzrətin və məsum Əhli-beytin (ə) lütfünü cəlb edir və nəticədə bəlli möhtəşəmliklər ərsəyə gəlir. Küfr və nifaq cəbhəsi anlamayıb, hələ də anlamır ki, müqəddəs İslam Respublikası quruluşu tükənməz qüdrət tərəfindən sığortalanıb, düşmənlərin bütün hiylə və planları bunun sayəsində iflasa uğrayıb.

Bu, mənim oğlumdur
Roman , Tövsüyə olunanlar / October 19, 2021

Gözlərim qatarın pəncərəsindən Tehranla Qum arasındakı çöllüklərə dikilmişdi, beynimdə isə günümün ağır keçəcəyini düşünürdüm. İlk dəfə gördüyüm adamlarla ölmüş əzizləri barədə danışmaq, yəqin ki, çətin olacaqdı. Mənə bu kitabı yazmaq təklif olunanda da bunu hiss etdim; qısa fasilə ilə şəhid olmuş ata-oğul olduqlarını eşidəndə həm atanı, həm də oğulu itirmiş bir ailə ilə danışmağın çətin olacağını anladım. Və əlbəttə ki, çətin oldu! Bunu söhbət zamanı Rəsul Cəfərinin qızının və həyat yoldaşının baxışlarından da bilmək olurdu. Lakin bütün bunları arxada qoyub saçını biz-biz şəklə salıb gitara çalan, tunellərdə qışqıra-qışqıra motosiklet sürən oğlanın dəcəlliklərini duymalı, aramlığa, hüzura çatmış şəxsiyyətini öyrənməliydim. O elə rahatlıq tapmışdı ki, Suriyaya getmək üçün avtobusa minəndən sonra telefonda bacısına demişdi: “Sanki çiynimdən yük götürülür, azadlığa çıxıram”.

VƏ BİR TƏBƏSSÜM
Roman / October 1, 2021

Ənzəli-Rəşt marşrutu üzrə işləyən taksidə oturmuşam. Köhnə bir Pride avtomobilidir. Sağdakı sərnişin rahat oturub, mənsə atılıb-düşürəm. Hər dəfə tramplindən keçəndə elə bilirəm ki, ayağım asfalt üzərində sürünür. Günəş göz çıxarsa da, ilk dəfədir 35 km-lik bu yolun uzanmasını arzulayıram. Ancaq deyəsən, sürücü ayağını qazdan götürmək istəmir. Müğənni Salar Əqilinin səsi maşını başına alıb; hicran gecəsindən, yarın ayrılığından oxuyur. Başqa vaxt olsaydı, bəlkə də dodaqaltı onunla zümzümə edərdim, amma indi sözlər qulağıma çatar-çatmaz yadımdan çıxır. Bütün diqqətim bir saat sonrakı görüşümdədir: Şəhid Babək Nurinin atasıyla ilk görüş.

Həzrət Zeynəb (s) və Ərbəin
Roman / October 1, 2021

Zeynəbin İmam Hüseynin (ə) şəhadətinin nəticələrindən xəbərdar olması Zeynəb-Kübra o eşq, məhəbbət, mübarizə və fədakarlıq vadisində qardaşının parça-parça edilmiş bədənini yerdə görəndə yanında oturub qucaqladı, başını göyə qaldırıb fəryad etdi: “İlahi! Bu qurbanı bizdən qəbul elə!”[1] Bilirdi ki, bu qan tarix boyu müsəlmanların qəlbində şəhadət və fədakarlıq selini coşduracaq. Və coşdurdu da. Bu təlatümlü dərya Aşuradan bu yana dalğalanmağa davam edir. Şəhidlərin qanı hesabına çoxlu tağut rejimləri devrilmişdir. Zülmü viran qoyan bu güclü fırtına səbəbindən zalım Bəni-Üməyyə rejimi və bir çox Bəni-Abbas hakimiyyətləri tamamilə məhv edilib, İslam torpaqlarında çoxlu dövlətlər qurulub, İslam dini və onun vuran nəbzi olan Əhli-beyt məktəbi isə yaşayıb.

İman qəbiləsi
Roman / October 1, 2021

Son bir əsrdə Latın Amerikasından Cənub-Şərqi Asiyaya, Afrika səhrasından Vyetnam cəngəlliklərinə, Livan və Qəzzə sahillərinə qədər hər yerdə insanlar dünya tarixinin ən zalım rejiminə qarşı ayağa qalxmışlar. Dünyada elə bir yer tapmaq olmaz ki, Amerikanın müdaxilə izi olmasın, müstəmləkəçi xislətləri ilə xalqları, istismarçı xüsusiyyətləri ilə insanları qul etməyə çalışmasınlar. Amerikalılar ayaqlarını haraya qoymuşlarsa, orada od-alov qalxmış, qanlar tökülmüşdür. Özlərini insan haqlarının, ailənin, demokratiyanın tərəfdarı, müharibənin əleyhdarı kimi göstərirlər, ancaq bütün bu düşüncələrin ən böyük düşməni kimdir? Hansı dövlət illərdir kütləvi qırğın silahları satmaqla pul qazanır? Hansı dövlət demokratiya bəhanəsi ilə dünyanın hər tərəfinə qoşun yeridir? 2018-ci ilin 2 oktyabrında “Pew” Araşdırma Mərkəzinin tədqiqatçısı keçirdikləri sorğunun nəticələrini açıqlayarkən belə demişdi: “Amerika Birləşmiş Ştatlarının dünya üzrə reytinqi bir neçə il öncəyə nisbətən olduqca aşağı enmişdir.