QIZIL ƏLLƏR
Roman , Tövsüyə olunanlar / May 16, 2021

Məhbubə Meracipur Bir neçə gün öncədən birlik idarəsində müharibə, cəbhəyə getmək və cihad söhbəti düşəndən özümlə əlbəyaxa idim. Qarajda gəzərək öz-özümə düşünürdüm. Bəzən metalların tak-tuk səsi ilə, şagirdlərimin səsi məni fikrimdən yayındırırdı. Sakit və başlarını aşağı salıb işləsinlər deyə, gözlərimi bərəldib onlara baxırdım. O dəqiqə başa düşürdülər ki, daha çox və daha yaxşı işləməlidirlər. Bunu anlamaq özlərinə də faydalı olur, dərhal nə demək istədiyimi başa düşürdülər. Müştərilərin xarab maşınlarının üstünə düşüb təmir etməyə çalışırdılar.