Kim diqqət və düşüncə ilə «Nəhcül-Bəlağə»ni mütaliə etsə, əbədi səadətə yol tapar. Kim ona əməl etsə, Allah və Peyğəmbərin razılığını əldə edər və onun nəticəsində dünya həyatında başı uca və qəlbi diri, qəbr və qiyamətdə rahat, Cənnətdə isə kam alan olar…
Ramazan ayı İslam təqvimində qəməri ayların doqquzuncusudur. Bu ay, həmçinin Quranda adı çəkilən yeganə aydır (ərəblər onu “məzruq ay”, yəni ruzi verilmiş ay adlandırırlar). Bu ay daxil olduğu ilk gündən bu günədək bütün müsəlmanlar tərəfindən hörmətlə qarşılanmış, müqəddəs hesab olunmuşdur. Dünya durduqca da onun bilavasitə Allaha aid olan əzəmət və təntənəsi qorunacaq, daha da inkişaf edəcəkdir. Bu əziz ayın anbaanını dərk etmək, yaşamaq – əslində bu behişt qapılarının insanların üzünə açılmasından xəbər verir – hər adama nəsib olmayan böyük uğurdur. Belə bir insan özünün səadət, xoşbəxtlik yolunda olduğunu duyacaq və ilahi nur çeşməsində könlünü, vücudunu yuyacaq. Ramazan ayı nəfsi saflaşdırmaq, özünütərbiyə ayıdır. O, qunut qanadları ilə yer darlığından, mələkut genişliyinə uçuşdur