İran İslam İnqilabı barədə nə qədər fikir ayrılıqları olsa da, bu inqilabın İslam, hətta dünya tarixində misilsiz bir hadisə olmasında şübhə yoxdur. Yarım əsr öncə şərq və qərb supergüclərinin hər biri dünyanı öz caynağı altına almağa çalışırdı, İslam dünyası güclü ideoloji, hərbi və iqtisadi hücumların hədəfinə çevrilmişdi. Müsəlman dövlətlərinin əksəriyyəti bu və ya digər supergücə yaxınlaşmaqdan ötrü yarışa girmişdilər. Xalqlar ağır kədər və sükut içərisində bu səhnəyə baxır, nə etməli olduqlarını bilmirdilər. Əllərindən də bir şey gəlmirdi. Hamı heyrət içində idi. Məğlubiyyət və uğursuzluqlardan iradələr məhv olmuşdu.
Kitab və kitabın cəmiyyətdəki yeri nə zaman yadıma düşürsə, daxilən narahatçılıq və təəssüf hissi keçirirəm. Hansı baxımdan istəyirsiniz yanaşın, ölkəmizdə kitabların sayı ən azı on dəfə artmalı və geniş yayılmalıdır. Əgər bu məsələyə İslam təfəkkürünün və İslam hakimiyyətinin kitaba verdiyi əhəmiyyət baxımından yanaşsanız, onda məsələ öz təsdiqini tapmış olacaq. Çünki İslam kitaba, mütaliəyə və yazıya kifayət qədər önəm verir. Əgər insaflı bir şəxs İslam peyğəmbərinin (s), imamların (ə) və digər İslam öndərlərinin çıxışlarına nəzər salıb, onların necə bir zamanda insanları kitaba, mütaliəyə dəvət etdiklərini görsə, bütün uydurmalar zehinlərindən silinəcək. Anlayacaqlar ki, İslam düşmənlərinin kitab yandırmaq və kitabla düşmənçilik kimi əfsanələr uydurub dillər əzbəri etməkdən başqa yolları yox idi. Çünki İslam mütaliəyə həddən artıq əhəmiyyət verir.
İхtisаsı dinlәr tаriхi оlаn dinşünаs аlim kimi (Frеnsis Bеkоnun tәbirincә) “еlmin quru gözlәri ilә” bir sırа аrаşdırmаlаr аpаrdım. Pеyğәmbәrlik vә hәr bir dindә bаş vеrmiş tаriхi tәbәddülаtlаrı tәdqiq еtdikdәn, “nә vаrdı ilә nә оldu” аrаsındа müqаyisәlәrdәn, dinlәr аrаsındаkı fәrqlәri аrаşdırdıqdаn sоnrа bеlә bir nәticәyә gәldim:Әgәr hәr bir dini bu dindә insаnın tәrbiyәsi ilә mәşğul оlаn pеyğәmbәrlik bахımındаn qiymәtlәndirsәk, hәzrәt İbrаhimin tövhid mәktәbindәki hәzrәt Mәhәmmәdin (s) pеyğәmbәrliyindәn mütәrәqqi vә güclüsünü tаpа bilmәrik. İslаmdа, hәzrәt Mәhәmmәdin (s) pеyğәmbәrliyindә ictimаi tәrәqqi, özünüdәrk, hәrәkәt, mәsuliyyәt, insаni hәdәflәr istәyi, ictimаi bахış, әdаlәt vә şәrәf ruhu, hәqiqәtpәrәstlik, tәbiәtә bахış, mаddi imkаnlаrdаn istifаdә, еlmi yüksәliş, quruculuq, mәdәniyyәt, düşüncә mübаrizәsi ruhu, хәlqçilik dаhа üstündür.