GÜNDOĞAN ÖLKƏDƏN MÜHACİR
Roman , Tövsüyə olunanlar / November 13, 2020

Evə daxil olan kimi qardaşım Hideaki səsini qaldırıb başıma qışqırdı: “Heç bilirsən müsəlmanla yaşamaq necə çətindir?! Bilirsən ki, onlar hər ətdən yemir, şərab içmir?! İranın harada olduğunu bilirsən?! Ona görə ata-baba yurdunu atıb getmək istəyirsən?!” Hideakinin qardaşlıq qeyrəti cuşa gəlmişdi. Üzü köz kimi qızarmışdı. Küsüb öz otağıma keçdim…