Hərəm müdafiəçisi Şəhid Həmid Muradi həyat yoldaşının xatirələrində Süfrədə oturanda dedi: -Son səhər yeməyini mənimlə yemək istəmirsən? Sanki ürəyimə xəncər sancıldı. Qulağım dediyi sözü eşitsə də, beynim inkar edirdi. Mətbəx başıma fırlanırdı. -Suriyadan zəng edəndə səni sevdiyimi necə deyərəm? Yanımda başqaları da olacaq. Onlar belə dediyimi eşitsələr, utandığımdan yerə girərəm. Birdən oxuduğum şəhid xatirələri yadıma düşdü. Bəziləri bu kimi vəziyyətlər üçün aralarında xüsusi sözlər seçmişdilər. Həmidə dedim: -Telefonda “səni sevirəm” yerinə, “yadında qalsın” deyərsən. Mən anlayacam. Təklifimdən xoşu gəldi. Pillələri düşə-düşə əl yelləyib ucadan deyirdi: -Yadında qalsın! Yadında qalsın! Təbəssüm edib dedim: -Yadımdadır! Yadımdadır!