Şəhid Qasim Süleymani məktəbi
Roman , Tövsüyə olunanlar / November 25, 2020

“Hacı Qasim Süleymani bir məktəbdir”. Bu cümlə İmam Xameneinin 17 yanvar 2020 tarixli cümə xütbəsindən sonra dillərə düşdü. O buyurmuşdu: “Biz əziz şəhidimiz Hacı Qasim Süleymaniyə bir fərd kimi deyil, bir məktəb kimi baxmalıyıq. Bu əziz şəhidimizi dərs dolu bir məktəb, bir yol kimi görməliyik”.

GÜNDOĞAN ÖLKƏDƏN MÜHACİR
Roman , Tövsüyə olunanlar / November 13, 2020

Evə daxil olan kimi qardaşım Hideaki səsini qaldırıb başıma qışqırdı: “Heç bilirsən müsəlmanla yaşamaq necə çətindir?! Bilirsən ki, onlar hər ətdən yemir, şərab içmir?! İranın harada olduğunu bilirsən?! Ona görə ata-baba yurdunu atıb getmək istəyirsən?!” Hideakinin qardaşlıq qeyrəti cuşa gəlmişdi. Üzü köz kimi qızarmışdı. Küsüb öz otağıma keçdim…

Yadında qalsın
Roman , Tövsüyə olunanlar / November 3, 2020

Hərəm müdafiəçisi Şəhid Həmid Muradi həyat yoldaşının xatirələrində Süfrədə oturanda dedi: -Son səhər yeməyini mənimlə yemək istəmirsən? Sanki ürəyimə xəncər sancıldı. Qulağım dediyi sözü eşitsə də, beynim inkar edirdi. Mətbəx başıma fırlanırdı. -Suriyadan zəng edəndə səni sevdiyimi necə deyərəm? Yanımda başqaları da olacaq. Onlar belə dediyimi eşitsələr, utandığımdan yerə girərəm. Birdən oxuduğum şəhid xatirələri yadıma düşdü. Bəziləri bu kimi vəziyyətlər üçün aralarında xüsusi sözlər seçmişdilər. Həmidə dedim: -Telefonda “səni sevirəm” yerinə, “yadında qalsın” deyərsən. Mən anlayacam. Təklifimdən xoşu gəldi. Pillələri düşə-düşə əl yelləyib ucadan deyirdi: -Yadında qalsın! Yadında qalsın! Təbəssüm edib dedim: -Yadımdadır! Yadımdadır!