“Pərvərdigara! Ağlayıb-sızlayaraq Səndən İmam Zamanın kəramətli dövlətini zühura yetirməyini, onun zühuru ilə İslama və ümmətinə izzət əta qılmağını, nifaq və nifaq əhlini zəlil etməyini istəyirik.
قالَ رَسُولُ الله (ص) فَقِيهٌ وَاحِدٌ اَشَدُّ عَلَيَ اِبْلِيس مِنْ اَلْفِ عَابِدٍ Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) buyurmuşdur: “Bir fəqih, İblisə qarşı min abiddən güclüdür.”
Bu kitabdakı növhə, mərsiyə və mədhiyyələr, habelə, Əhli–beyt (əleyhimüs–salam)-ın fəzilətinə dəlalət edən hədislər müxtəlif kitablardan–təqribən iyirmiyə yaxın–və məşhur rövzəxanların lent yazılarından seçilmişdir. Bunları yazmaqda məqsədimiz Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) Əhli–beytinə qarşı rəva görülən zülmlərin, kinələrin tanıtdırılmasında xalqımıza azacıq da olsa, agahlıq verməkdir.