SACİ
Roman , Tövsüyə olunanlar / March 21, 2020

Anamla mənim həyatım bir-birinə çox oxşayır. Anam – Səkinə xanım uşaqlıq və gənclik dövrlərində çətin günlər yaşamış, başı çox müsibətlər çəkmiş, sonda xoşbəxt ailə həyatı qurmuşdu. Atam gəmidə çalışdığından çox vaxt günü dənizdə keçirdi. Sahildə olduğu zaman isə Həffar Berim[1](Qeyd) limanında lövbər salan xarici gəmilərin təsərrüfat işlərinə rəhbərlik edirdi…