TƏŞKİLAT VƏ TƏŞKİLATÇILIQ

Lazımi işlərin idarəsi üçün təşkilat yaratmaq və fərdləri təşkilatlandırmaq zəruridir. Təəssüflər olsun ki, biz hələ də bu işin metodlarına yaxşı yiyələnməmişik. Əgər bu işdə uğur qazanmaq və səmərələrindən bəhrələnmək istəyiriksə, əvvəlcə təşkilat işinin zəruriliyini başa düşməli, sonra bunun şərtləri çərçivəsində hərəkət etməliyik. Bizi təşkilatlanmadan uzaq salan mənfi cəhətlərimizdən biri təkbaşına işə meyilliliyimiz və kollektiv iş bacarığımızın zəifliyidir.