KUMEYL DUASINİN ŞƏRHİ

Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə əlaqə vasitəsi sayılır. Əhli-beytdən nəql olunmuş dualar arasında “Kumeyl” duası öz ali və irfani xüsusiyyətlərinə görə müstəsna yer tutur.  “Kumeyl” duasını ilahi, irfani və insani məsələləri açıqlayan əhatəli bir məktəb kimi qəbul edə bilərik. Bu duadakı incə həqiqətləri dərk etmək üçün onun hər cümləsinin şərhinə ehtiyac vardır.

İLAHİ ƏDALƏT

«Allah Özündən başqa heç bir tanrı olmadığına şahiddir. Mələklər və elm sahibləri də haqqa-ədalətə boyun qoyaraq (Haqqa tapınaraq) O qüvvət və hikmət sahibindən başqa ibadətə layiq heç bir varlıq olmadığına şəhadət verdilər»…

ALLAHDAN NUR ALMIŞ İNSAN

Şəhid Burunsi bir neçə gün öncədən Bədr əməliyyatında şəhid olacağını dəfələrlə demişdi. Bəzən çox əminliklə danışır, «bu əməliyyatda şəhid olmasam, müsəlmanlığıma şübhə edin» deyirdi. Hətta bəzi yoldaşlarına şəhid olacağı yeri və zamanı da söyləmişdi. Bir neçə gündən sonra elə də oldu…

GÜNƏŞDƏN BİR ŞÜA

Böyük rəhbər Ayətullah Xamenei haqqında xatirələr   Toplayan Əli Şirazi   Mən Ayətullah Xameneini yaxından tanıyan biri kimi deyirəm, o, ictihada çatmış alimdir. Otuz il bundan qabaq Məşhəddə Gövhərşad məscidində onunla görüşmüşəm. Həmin vaxtlar o, Məşhədin hörmətli müəllimlərindən idi. Mən soruşdum ki, nə tədris edirsiniz? Dedi ki, Məkasib kitabını. Məkasib ən mühüm və çətin elmi kitablardandır. Məncə, o, fəqih və müctəhiddir. Ayətullah Fazil Lənkərani