VƏHHABİLİYİN SİYASİ TARİXİ

MÜƏLLİF: Doktor Mənsur Həqiqətpur

October 20, 2024

İslamın əbədi ayini coğrafi cəhətdən Asiyanın cənub-qərbindəki quru
və yandırıcı iqlimə malik olan Ərəbistan diyarında (610-cu miladi ilində)
zahir oldu. Bu diyarın əhalisi İslamdan öncə cahiliyyət dövründə
yaşayırdılar. Böyük əksəriyyət çirkin və insanlığa yaramayan əxlaqa
malik idi. Ərəb cəmiyyətlərinə hakim olan qəbilə icması şəklində olan
həyat tərzinin əsas xüsusiyyətlərindən biri daim çarpışma, müharibə və
qan axıtma idi. Amma İslam dini zühur edərkən qəbilə icması
formasında olan yaşayışa hörmətlə yanaşdı. Belə ki, İslam cahil ərəblərə
onların qeyri-insani əməl və əqidələrinin tərk olunması üçün müəyyən
yollar təyin etdi və sonuncu peyğəmbər Həzrət Məhəmməd (s) vahid bir
ümmətin, nurani bir cəmiyyətin yaradılması üçün yol göstərdi.
Peyğəmbəri-Əkrəm (s.ə.v.v) iyirmi üç il ərzində insanları İslam dininə
dəvət etdi. O, təzə müsəlman olmuş cəmiyyətin genişlənib inkşaf etməsi
və tərəqqiyə çatması üçün özünün var-qüvvəsi ilə çalışdı və cəmiyyətdə
dərin dəyişikliklər yarada bildi…

No Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × three =