Anam bir əllə qazı söndürüb o biri əli ilə qaynar çaydanın dəstəyindən tutmaq istəyir. Əli yanır. Dəsmalı götürüb çaydanın dəstəyinə bükür, çaydanı qaldırıb lüləsini termosun ağzına doğru əyir. Qaynar su quruldaya-quruldaya termosun dar boğazından tökülməyə başlayır, ağzından ağ buxar topası bayıra atılıb yavaşca və yüngül şəkildə uçur, ətrafa yayılır, get-gedə böyüyür, böyüyür və tədricən yoxa çıxır…
No Comments