SABAH

MÜƏLLİF: Fatimə Dostkami

July 25, 2020

“Çoxlu yer dəyişəndən, bu şəhərdən o birinə gedəndən sonra nəhayət, 1971-ci ildə Xürrəmşəhrə yerləşdik. Atamın aldığı torpaq Səntap məhəlləsində idi. O, qədim dostu Hacı Həbib və başqa iki dostu ilə yan-yana hərəsi təxminən 300 kv metr torpaq almışdılar və birlikdə tikintiyə başladılar. Çəmənbiddən Bürucerdə gedəndən sonra atam işin ağırlığına və ailədən uzaq qaldığına görə yol inşası şirkətindən çıxdı. Bundan sonra mərkəzi Tehranda yerləşən bir trikotaj fabrikinin rəhbəri ona iş təklif etdi. O, atama demişdi: “Tehrana gəl. Sənə yaxşı bir ev və digər avadanlıqlar verərəm, burada yaşayarsan”. Atamsa demişdi ki, Tehranın mühitindən, hicabsız küçələrindən xoşu gəlmir və Xürrəmşəhrə getməyi üstün tutur. Anamın və evimizin böyük uşağı olan Fevziyənin fikri də belə idi. Onlar da Xürrəmşəhri daha çox sevirdilər. Biz hamımız Xürrəmşəhri sevirdik.”

Sabah Vətənxah bir gün xatirələrini yazmaq istəyinin səbəblərindən danışdı. 2009-cu ildə bir neçə ay bütün İranı çalxalayan və müxtəlif iğtişaşlara səbəb olan siyasi hadisələr baş verməsəydi, bəlkə heç vaxt xatirələrini söyləməyəcəkdi.

-Gördüm ki, biz sükutumuzla bir addım geri çəkilmişik, əvəzində düşmən xüsusi ajiotajla bir neçə addım irəliləyib, xalqın düşüncəsində haqla batilin yerini dəyişdirmək istəyir. Daha sakit oturmaq vaxtı deyil. Artıq məsuliyyət hiss edirəm. Ümidvaram ötən illərdə dostlarımın, döyüş yoldaşlarımın başlarına gələnləri söyləməklə insanları qəflətdən oyada, maarifləndirə bilərəm.

No Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one + eighteen =