Qazilikdən şəhidliyə

MÜƏLLİF: Zəhra Hüseyni Mehrabadi

February 22, 2022

Artıq vaxtı gəlmişdi. Daha nə qədər gözləməli idim
ki! Məgər on yeddi il azdır?! Bu qədər gözləmişdim,
heç nə olmamışdı. Daim qulağım səsdə olmuşdu, amma
heç nə baş verməmişdi. Artıq əlimi əlimin üstünə qoyub
gözləmək istəmirdim. Qərarımı vermişdim: çoxdandır
beynimi məşğul etmiş kişinin həyatını yazacaqdım.
2000-ci ildə hələ orta məktəbdə oxuyurdum, hər
cümə səhər çağı ev-eşiyi təmizləyirdim. Bir dəfə
televizor açıq idi, Qumun yerli kanalında veriliş gedirdi.
Qonaq otağına girəndə gözlərim ağ-qara ekrana sataşdı.
Kamera bir evin divarlarını göstərirdi. Aşağı enəndə bir
qadın, sonra da bir kişi göründü. Kişi çarpayıda
uzanmışdı; sakitcə gülümsəyir, utancaq halda kameraya
baxırdı. Onu görən kimi beynimdə yüzlərlə sual yanyana düzüldü və bircəsinin də cavabını tapmadım:
Adam o şəraitdə necə yaşayır? Gecə-gündüzünü necə
başa vurur? Ailəsi nə edir? O vəziyyətdə necə rahat
gülümsəyə, sakitcə kameraya baxa bilir?..

No Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 + eleven =