Ön üç yaşında kitab müsabiqəsinin suallarının cavabı

October 27, 2017
  1. Yaralı döyüşçü nə üçün Mehdiyə var gücü ilə qaçmasını və nəyin bahasına olursa-olsun əsir düşməməsini söylədi? 

O şəhidin
sözləri yadımdan çıxmırdı: “Səni əsir tutacaqlar… Uşaq
olduğun üçün təbliğat məqsədilə səndən sui-istifadə
edəcəklər… Sən əsir düşməməlisən!” Əsirlik haqda heç
vaxt düşünməmişdim!

  1. Özünün tezliklə şəhid olacağını söyləyən Hüseyn Heydəri nədən narahat idi?

“Mənim bu yaxında bir uşağım olacaq. Oğlan, yoxsa qız olduğunu
bilmirəm. Əgər oğlan olsa, adını Mehdi qoymaq
istəyirəm”.
Gözləri doldu və dedi: “Özümüzünkülərin əli ilə
ölmək istəmirəm. Əgər başıma güllə dəyəcək və şəhid
olacağamsa, güllənin arxadan atılmasını istəmirəm”.

3. Mehdinin geri qaçarkən çalada gördüyü xüsusi təyinatlının aqibəti necə oldu? 

Bir neçə əsgər bir göz qırpımında silahlarının daraqlarını xüsusi təyinatlının
bədəninə boşaltdılar. Bədəni bir dirək kimi bir neçə
saniyə yerlə-göy arasında qaldı, sonra isə pəhləvan kimi
yerə yıxıldı. Əsir düşən bir vaxtda üstəlik bu səhnəni görmək çox ağır idi. Onu bu şəkildə öldürəcəkləri ağlıma
gəlməzdi. O, şəhid olandan sonra tək-tənha qaldım.

  1. Atası nəyi öyrənəndən sonra Mehdinin cəbhəyə getməsinə icazə verdi? 

Bu baxımdan arxayın olun, Hacı, Mehdi lazımi təlimləri keçib. O,
vuruşa və özünü müdafiə edə bilir”.
Atam dedi: “Əgər belədirsə və bu az yaşı ilə faydası
dəyəcəksə, etirazım yoxdur. Allaha tapşırıram və onun
razı olduğuna razıyam!”

  1. Əsirliyin ilk günündən etibarən hansı məqsədlə Mehdini iraqlı əsgərlərin önünə çıxarır və ona nə deməsini tapşırırdılar? 

Tərcüməçi mayorun sözlərini mənim üçün tərcümə
edirdi: “Siz qaçmayıb müqavimət göstərsəniz, çox
asanlıqla qələbə çalarsınız. İranlılarda canlı qüvvə çatmır.
İran ordusu zəifdir. Onlar uşaq bağçalarından uşaqları
oğurlayıb cəbhələrə gətirmək məcburiyyətində qalıblar.
Hücuma keçdikləri gecələrdə Xomeyninin əsgərləri zorla
bu uşaqları qabağa göndərirlər. Sonra da sizi qorxutmaq
üçün səsucaldanla “Allahu-Əkbər” səslərini yayırlar. Biz
bu əsir uşağı gətirdik ki, siz gözlərinizlə görə və daha
iranlılardan qorxub qaçmayasınız!”
O, əsgərlərə təkidlə tapşırırdı ki, iranlıların önündən
qaçmayın! Başa düşdüm ki, məni göstərməklə onlarda
ruh yüksəkliyi yaratmaq və əməliyyat zaman qaçmamalarını təmin etmək istəyirdi.

  1. Əsirlik dövründə Mehdinin görüşdüyü ən yüksək vəzifəli hərbçi kim idi? 

İraqın müdafiə naziri Ədnan Xeyrullah

7. İraq əsgərləri əsir düşəndə adətən, nə deyirdilər? 

Yadımdadır, biz əsir tutanda heç birindən Səddamı söymələrini istəmirdik,
amma özləri dərhal deyirdilər: “Səddama ölüm olsun!
Səddam kafirdir. Səddam uzunqulaqdır…”. Qeyri-iradi
olaraq, gördüyüm ilk əsir qrupunu xatırladım…… Qumu ikiəlli götürüb başlarına tökür və deyirdilər: “Yəbnəz-Zəhra! Yəbnəz-Zəhra! Dəxil Xumeyni! Əl-məut li Səddam!”

8. Əsirliyin ilk günlərində İraqın farsca radiosuna müsahibə alan satqın iranlı Mehdidən hansı cavabları verməsini istəyirdi?

Farsca danışan kişi yenidən dedi: “Bax, Mehdi, sənə
bir neçə sual verəcəyəm, amma istədiyimiz cavabları
verəcəksən. Soruşacağam neçə yaşın var, deyəcəksən ki,
altı. Soruşacağam cəbhəyə necə gəldin, deyəcəksən ki,
Xomeyninin pasdarları məktəbimizə hücum edib məni
oğurladılar və cəbhəyə gətirdilər”.

9. Ənbər düşərgəsinin xəstəxanasında hansı avadanlıqlar vardı və kimlər çalışırdılar?

Həmin korpusda bir kamera da düşərgənin
xəstəxanasının zabitlərinə məxsus idi. Xəstəxanada 10-12
çarpayı var idi. Orada heç bir iraqlı doktor çalışmırdı,
iranlı əsirlərin özləri idarə edirdilər. Xəstəxanada Doktor
Məcid Cəlalvənd adlı bir əsir çalışırdı.

10. Düşərgədəki iranlı əsirləri hansı qruplara bölə bilərsiniz?
Bəziləri rəhbər və vətənləri əleyhinə danışmır, bitərəf
qalmaq istəyirdilər. Hizbullahçı uşaqlar belələri üzərində
işləyib onları cəlb etməyə çalışırdılar. Bəziləri tənbəl
idilər və bir qədər artıq rifahdan ötrü üçüncü korpusa
sığınmışdılar. Azsaylı bir qrup isə ruhlarını sataraq
düşmənin hər dediyini edirdilər. Münafiqlərin düşərgəyə
gəlişindən sonra – bu haqda bir azdan danışacağam – bu
qrupun üzvləri onlara yaxınlaşdılar və öz əsirliklərini
əbədiləşdirdilər.

11. Sudandan gəlmiş qaradərili jurnalistlər Mehdinin hansı işindən təsirlənib ağladılar?

Özümü təqdim etməzdən öncə Nəsr surəsini əzbərdən oxudum. Surəni
oxuyub bitirəndən sonra sudanlıların arasında səs-küy
başladı. Biri soruşdu: “Məgər siz iranlılar Quran da
oxuyursunuz?” Cavab verdim ki, bəli, bizim hamımız
müsəlmanıq.
Sudanlılar məndən yenidən Quran oxumağımı
istədilər. Əzbərlədiyim bir neçə surəni oxudum. Mən
oxuya-oxuya yanaqlarından yaş süzülür, həvəslə
dinləyirdilər. Bitirəndən sonra yaxınlaşıb məni
qucaqladılar. Başımı və çiyinlərimi öpdülər.

12. Əsirlərin anlaşmanı pozub Aşura gecəsi ucadan əzadarlıq etmələrinə hansı amil səbəb oldu?

Qızların həzin növhə səsi damarlarımızda Hüseynçi
qanını coşdurmuşdu. Qığılcıma bənd olan bir bomba kimi
hamımız birdən uca səslə növhə deyib sinə vurmağa
başladıq. Bir neçə dəqiqədən sonra digər kameralar və
hətta yanımızdakı korpus da əzadarlığa başladı. Bir neçə
dəqiqənin içində əsirlərin bir nəfər kimi təkrarladıqları
“Ya Hüseyn” səsi bütün düşərgəni bürüdü.

13. İranlı jurnalist qız olan İrandoxt Mehdi haqda nə düşünürdü və Mehdi ona nə dedi?

O anda öz-özümdən soruşdum: “İndi bu qızın
beynindən nə keçir? Düşünür ki, məni məktəbdən zorla
cəbhəyə gətiriblər? O mənim xilaskarım olmaq, məni bu
cəhənnəmdən çıxarmaq istəyir?” Qəm-kədər bütün
vücudunu elə sarmışdı ki, mayorun gəldiyini hiss etmədi
və mənim cavablarımı da gözləmədi. Üşüyən adam kim əllərini bir-birimə sürtüb dedi:

“Axı mən bu düşərgədənnecə gedərəm?! Səni necə burada qoyub özüm bayırda
rahat yaşaya bilərəm?! Mən sənin qarşında məsuliyyət
hiss edirəm…” O anda əsla fikirləşmirdim ki, başımın üstə
dayanmış mayorun xoşlamadığı bir söz desəm başıma nə
gələ bilər. O, təhdid etmişdi ki, məni şikəst edəcək və
ömrümün sonuna qədər əsirlikdən qurtulmayacağam.
O qızın yanlış düşüncələrini düzəltmək istəyirdim.
Başım aşağı halda dedim: “Deyəsən, sizin təskinliyə
bizdən çox ehtiyacınız var. Sizi bu gərgin vəziyyətdən və
düşdüyünüz səhvdən çıxarmaq istəyirəm.
Düşündüyünüzün əksinə olaraq, məni zorla cəbhəyə
gətirməyiblər. Mən iki il Bəsic üzvü olmuşam, çoxlu
təlimlər keçmişəm. İndi istədiyiniz silahdan istifadə edə
bilirəm. Mən dəfələrlə ağlayandan sonra komandirlər
cəbhəyə getməyimə icazə verdilər…

14. Əsirlər boş vaxtlarında kameralarda hansı kollektiv işlərlə məşğul olurdular?

Kamera başçıları bekar oturmur, uşaqlara müxtəlif idman və dua
proqramları təşkil edir, şəriət hökmlərini izah edib Quran
hekayələri söyləyir, şeir gecələri və yarışlar keçirir,
ümumi məlumatlar verir, teatr və pantomima nümayiş
etdirirdilər.  Gecələr ney səsini dinləyib
həzz alırdıq. Kim şeir bilirdisə,
oxuyurdu. Bu da gözəl əyləncə idi.
İraqın farsca radiosundan və qəzetlərindən xəbərləri
izləyirdik

15. Əsirlərin camaat namazlarına və kollektiv dualarına nəzarətçilərin reaksiyası necə olurdu və bunun səbəbi nə idi?

camaat namazı qılarkən iraqlılar zond, dəmir parçası, taxta və əllərinə keçən hər
bir şeylə hücum edib çəkinmədən döyürdülər. Uşaqların
başları yarılırdı, əl-ayaqları yaralanırdı.
«Bəəs» rejiminin adamları özlərini
bizdən daha müsəlman və daha namazqılan bilir,
müharibələrini Qadisiyyə döyüşü ilə müqayisə edirdilər.

16. Ənbər düşərgəsində əsirlərə nə zaman və hansı məqsədlə peyvənd
iynəsi vurulurdu?

Məhərrəm əzadarlığındakı hadisədən və
qızları aparandan sonra bütün düşərgəyə peyvənd
vurmağa başladılar. Bu peyvəndin adı əsirliyin sonuna
qədər “Məhərrəm peyvəndi” kimi qaldı

Xəxtəliklərin qarşısını almaq bəhanəsi ilə İmam Hüseynə əza saxlayan əzirlərə işkəncələr verilirdi.

17. Rəmadi düşrgəsind hansı azğın firqəlrin nümayəndələri vardı və iraqlılar hizbullahçı əsirlərə qarşı onlardan necə istifadə edirdilər?

Əliyullahilər və şeytanpərəstlər. Bizdən kimsə iraqlıların xoşuna gəlməyən bir iş
görsəydi, cəzalandırmaq üçün şeytanpərəstlərin və ya
əliyullahilərin kamerasına sürgün edirdilər.

18. Mehdi nə üçün başını aşağı salıb hindli qadın jurnalistlə danışmaq istəmirdi?

Hindli jurnalistin hicabsız olduğu üçün

19. Hindli qadın Mehdidən nə soruşdu və hansı cavabı aldı?

Hər üç cavab qəbuldur

1-Qadın soruşdu: “Siz əsir düşmüsünüz və bu şəraitdə
yaşayırsınız. Cəbhəyə gəlməkdə məqsədiniz nə idi?”
Bunu soruşan kimi ortalığa qəribə sükut çökdü.
Mahmudi cavabımı eşitmək üçün əyilib qulaqlarını
şəklədi. Mən də işin işdən keçdiyini bilib sakitcə cavab
verirdim. Bir an da dayanmadan dedim: “Bizim
məqsədimiz İslamı qorumaq idi. İslam təhlükədə idi və
biz onu qorumağı özümüzə borc bildik”

2-Hindli qadın soruşdu: “Sizin müharibə barədə fikriniz
nədir? Müharibəyə razısınız, yoxsa atəşkəs istəyirsiniz?”
Dərhal cavab verdim: “Biz atəşkəs istəmirik, haqqın
batil üzərində qələbəsini istəyirik!”

3-Cənab Xomeyni deyib ki, bunlar bizim
uşaqlarımız və iranlı deyillər. Sizin müharibəyə
gəlməyinizə və indi bu şəraitdə qalmağınıza rəğmən,
cənab Xomeyninin belə deməsi düzgündürmü?! Sizin
fikriniz nədir?”
soyuqqanlılıqla cavab verdim: “Əvvəla, sizin bu sualınız
siyasidir…” Və bir qədər dayandım.
Mahmudi siqaret çəkə-çəkə gəlib qarşımda dayandı.
Üzünə baxdım. Cavabımı eşidəndən sonra üzünə
təbəssüm qonmuşdu. Razılıqla qaşlarını qaldırdı, gözünü
açdı və başını yellədi. Mən yalnız bir neçə saniyədən
sonra tez sözümə davam etdim: “Lakin o, mənim
rəhbərimdir, nə desə, düzgündür. Mən əsirəm və
bilmirəm ki, bu sözü həqiqətən deyib, yoxsa yox? Əgər
demiş olsa belə, o, mənim rəhbərimdir və dediyi
düzgündür. O, “müharibəyə gedin” desə gedəcəyik,
“getməyin” desə, getməyəcəyik. Nə desə, qanundur”

20. Əsirlər hansı mənəvi işlərdən ötrü ölümünə müqavimət göstərirdilər və bunun səbəbi nə idi?

Bir neçə bəlli məsələdən ötrü isə geri çəkilmir və
ölümünə müqavimət göstərirdik: camaat namazı qılmaq,
Quran və Nəhcül-bəlağə dərsləri, Təvəssül, Kumeyl, Əhd
və Nüdbə kimi kollektiv dualar, məhərrəm və ramazan
aylarının mərasimləri və xüsusi əlamətdar günlər. Bunlar
əsirlikdə bizim müqavimət prinsiplərimizi
formalaşdırırdı. Düşmən bunları bizdən alsaydı, işimiz
bitərdi. Bu məsələlər üstə əsirliyin sonuna qədər bizimlə
iraqlılar arasında döyüş getdi və bu yolda ölümə hazır
olduğumuza görə həmişə biz qələbə çaldıq

No Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × 5 =