Allah-taala hər bir əsrdə bəşər övladını hidayət etmək üçün həzrət Adəm, Nuh, Musa, İsa (ə) və bu kimi digər böyük peyğəmbərlər göndərmiş, onlara ilahi qanunlar məcmuəsi olan səmavi kitablar nazil etmişdir. Nəhayət səma elçiləri silsiləsinin sonuncusu və ən əzəmətlisi olan İslam peyğəmbəri həzrət Məhəmmədi (s) peyğəmbərliyə seçmiş, sələf dinlərin təkmilləşdiricisi və əbədi möcüzəsi olan Quranı insanların yenilməz hidayət çırağı qərar vermişdir….
No Comments