Bismillahir-rəhmanir-rəhim Kəhrəba, Şəhadət günəşi Şiəlik -məhəbbət məzhəbi Şiәlikdә tәbliğat mәhәbbәt vә eşq әsasında aparılır. Şiәlik mәhәbbәt mәzhәbidir vә mәhәbbәt şiәliyin özәl xüsusiyyәti. Şiәlik kimi mәhәbbәtlә әlaqәdar olan az mәktәb, mәslәk, din, ayin vә tәriqәt tapmaq olar. Şiәliyin kökü mәhәbbәt zülalındadır, tәvәlla vә tәbәrra, sevgi vә nifrәt dinidir. Onda eşq vә mәhәbbәt düşüncә vә ağılla uyğun vә çiyin-çiyinәdir, iman duyğusal bağlılıqla yanaşıdır… Kitаbın аdı:…………………………………..Kәhrәba Tәrtib edәn:………………………………..Hadi Ülya Tәrcümә еdәn:………………………İbrahim Mirzә Nәşr еdәn:…………………………….”Üfüqe-fәrda” Çаp tаriхi:………………………………………….2013 Çаp növbәsi:……………………………………Birinci Tirаj:…………………………………………………3000 Kitаbın аdı:………………………….Şәhadәt günәşi Tәrtib edәn:………………………..Əhmәd Müxbiri Tәrcümә еdәn:……………………….İbrahim Mirzә Nәşr еdәn:…………………………….”Üfüqe-fәrda” Çаp tаriхi:………………………………………….2013 Çаp növbәsi:……………………………………Birinci Tirаj:…………………………………………………3000
Bismillahir-rəhmanir-rəhim Azәrbaycanlı şәhid Hacı Sәttar İbrahiminin hәyat yoldaşı Qәdәmxeyir Mәhәmmәdinin xatirәlәri Qәlәmәalan:….Behnaz Zәrrabizadә Tәrcümәedәn:…Zәhra Hüseynzadә Şəhid Hacı Səttar İbrahiminin, nəcabətli və dözümlü həyat yoldaşı Qədəmxeyir Məhəmmədinin müqəddəs ruhlarına və onların dəyərli övladlarına təqdim olunur!…
DUA Birinci fəsil: Dua, onun qəbulu və zikrin mənaları Dua nədir? İnsanın Allahla qəlb rabitəsi Dua rabitәsi sizin Allahla qәlb rabitәnizdir. Allahla rabitə Dua vә namazın ruhu Allahla rabitәdәn, Allahla tanış olmaqdan, mәnәviyyatdan bәhrәlәnmәkdәn, ruhu paklamaqdan vә beyni şübhәlәrdәn tәmizlәmәkdәn ibarәtdir…
Bismillahir-rəhmanir-rəhim AŞURA İBRƏTLƏRİ İslam İnqilabının Böyük Rəhbəri cənab Ayətullah Seyid Əli Xameneinin çıxışlarından seçmələr “Məhəmməd Rəsulullah” diviziyasının komandirləri ilə görüşdə çıxış (10 iyun, 1996) İslam mədəniyyətində daha çox erkən İslam tarixində və bir qədər də digər dövrlərdə bariz nümunələri görünən mühüm məqamlardan biri döyüş və cihad mədəniyyətidir. Cihad yalnız döyüş meydanında iştirak etmək demək deyil. Çünki…
FƏLƏSTİN İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin baxışında Fələstin məsələsi sırf ərəb, yaxud İslam məsələsi yox, bir insaniyyət məsələdir!
Parlaq gələcək mədəniyyət mərkəziz Kərbəla səfərinə gedənlər üçün “HÜSEYNÇİLƏR” adında dəyərli bir mobil proqaramı hazırlayıb. Bu proqramın təqdimat mərasimi Xanım Rüqəyyənin şəhid olan günü keçirilib Bu proqramda İmam Hüseyn(ə) barəsində moizələr, ilahilər, ziyarətnamələr və Həzrəi Huseyn(ə) haqqında İmamlar və dahilərdən bizə çatan cümlələr yerləşdirilib.
Şəhid komandir Əli Çitsazianın həyat yoldaşı Zəhra Pənahinin xatirələri “Bu, gənclik çağında böyük ilahi şəxsiyyətlərin məqamına nail olmuş, həm yerdə, həm də ruhani aləmdə ucalmış bir insanın cihad və ixlas dolu həyat hekayəsidir. Mübarək olsun! Onun qısa həyatının yoldaşı olmuş rəvayətçi də öz məsum hekayəsində sədaqət, səmimiyyət və ixlasını aydın şəkildə göstərmişdir. Bu arada xatırlatmaq lazımdır ki, yazıçının sənətkar qələmi bütün bunları məharətlə və incəliklə təsvir etmişdir. Hər iki xanıma – hekayəçi və yazıçıya afərin! Seyid Əli Xamenei
Hüseynin (ə) cazibəsi hər gün insanları özünə cəzb etməkdədir. Ərbəində şəhidlər sərvərini ziyarət məqsədilə piyada yürüş ənənəsi inanılmaz həddə rəvac tapmışdır. Elə buna görə də, piyada ziyarət təcrübələrimi qələmə almaq və bu möhtəşəm aksiyaya az da olsa kömək etmək qərarına gəldim. Allahın lütfü sayəsində ötən il “Ərbəiniyyat” adlı kitab çapdan çıxdı. Ziyarətçilərin marağını nəzərə alaraq, kitaba yeni təcrübələrimi də artırıb təkmilləşdirdim və adını “Ərbəin yoldaşım” qoydum. Ərbəin ziyarətçilərinin artması və havanın dəyişməsi ortaya yeni şərtlər və fərqli təcrübələr qoya bilər. Ümidvaram bu müqəddəs ziyarət yürüşü istiqamətində gördüyümüz işlər imperializmin məhvi yolunda bir addım olsun.
İnsan öz həyatında qarşılıqlı əlaqələr yaradıb ictimai şəkildə yaşamağa meyl göstərən bir vücuddur. Onun ictimai yaşayışı həqiqətən zati, təbii və fitri bir məsələdir. Buna əsasən onun dağlar qoynunda, səhralarda və meşələrdə təkcə yaşaması öz fitrətinə zidd və əslində qeyri-mümkün olan bir işdir. Həmin məsələ ilə əlaqədar olaraq hikmət alimləri demişlər ki, insan təbii və fitri cəhətdən mədəni və ictimai bir məxluq kimi yaranmışdır. Cəmiyyət qurmaq, başqalarının qeydinə qalmaq, onların həyat və yaşayışları ilə maraqlanmaq, təsir edib təsirə məruz qalmaq, başqa insanlarla həmkarlıq edib yaşayış problemlərini həll etmək, yaşadığı cəmiyyətdə maddi və mənəvi çətinlikləri aradan qaldırmaq və bəzən də cəmiyyətin ümumi mənafeyinə, özünün şəxsi hüquqlarına təcavüz olunduqda müdafiə mövqeyi seçmək və nəticədə öz dünyasının təmin olması və axirətinin abadlaşmasında əsas rol oynayan bu kimi əməl və hərəkətlər onun fitrətində və təbiətindədir.
Böyük Rəhbər Həzrət Ayətullah Seyid Əli Xameneinin sözlərinə əsasən qanlı məhərrəm hərəkatına bir baxış Allah-Taalaya şükür edirik ki, yenidən bərəkətli məhərrəm və Aşura ərəfəsində yaşamaq, həm canımızı, həm elmi, ruhi və fiziki qüvvələrimizi Aşuranın mübarək mehindən və həzrət Əbu Abdullahın (ə) lütf mənbəyindən bəhrələndirmək səadətini bizə nəsib etdi. İnşallah bizim bütün xalqımız, o cümlədən böyük alimlər, möhtərəm ruhanilər və təbliğatçılar, xüsusən bu yola yeni qədəm qoymuş həvəskar və imanlı gənclər bu imkanlardan faydalana və daha artıq məsuliyyət daşıyanlar bu aydan daha çox bəhrələnə bilsinlər. Bu günlər mənim üçün də böyük bir fürsətdir.