Bu kitabın əsas məqsədi dini istilahda “üsuliddin” adlandırılan islami əqidə prinsiplərini bəyan etməkdən ibarətdir. Buna görə də hər şeydən əvvəl “din” kəlməsi və onunla əlaqədar olan sair kəlmələri barəsində bir qədər izah verməyi lazım görürük. Çünki məntiq elmində deyildiyi kimi təssəvür yönünə malik olan müqəddimələr (təriflər) hər bir şeydən öncə bəyan olunmalıdır…
Bu kitabda 14 Məsumun həyatı ilə tanış ola bilərsiniz
Ümumi mənada ”imamət” və “rəhbərlik”, xüsusi mənada isə İslam peyğəmbərinin canişinlik məsələsi tarixdə yüksək əhəmiyyət daşıyan teoloji-təfsiri bəhslərdəndir və heç bir mövzu haqda bu qədər söz açılmamışdır…
Lazımi işlərin idarəsi üçün təşkilat yaratmaq və fərdləri təşkilatlandırmaq zəruridir. Təəssüflər olsun ki, biz hələ də bu işin metodlarına yaxşı yiyələnməmişik. Əgər bu işdə uğur qazanmaq və səmərələrindən bəhrələnmək istəyiriksə, əvvəlcə təşkilat işinin zəruriliyini başa düşməli, sonra bunun şərtləri çərçivəsində hərəkət etməliyik. Bizi təşkilatlanmadan uzaq salan mənfi cəhətlərimizdən biri təkbaşına işə meyilliliyimiz və kollektiv iş bacarığımızın zəifliyidir.
Azərbaycanlı könüllülərdən ibarət Aşura diviziyasının kəşfiyyatçısı Mehdiqulu Rzayinin xatirələri “Necə oldu ki, mənimlə həmyaşıd olan Kərim və Dostəli cəbhəyə gedə bildilər, mənsə qəbul olmadım?! Nə üçün bu yay bitmək bilmir?!” Həmin gecə həyatımın ən isti gecələrindən biri idi. Yox, hava isti deyildi, təsadüfən, səmada bir neçə bulud parçası da var idi, lakin yatağımda çevrilir, nə edəcəyimi bilmirdim. Məni Bəsicin[1] qərargahından əliboş qaytardıqlarına inana bilmirdim. Yəni yenə küçə, məktəb və məscidlə kifayətlənməliyəm, işim yalnız gecələr küçələrdə keşik çəkməkdən və «işıqları söndürün» deməkdən ibarət olacaq?! Gecəni səhərə qədər yata bilmədim, kimsəyə də demədim ki, mən sinif imtahanı kimi Bəsicin imtahanından da kəsildim. [1] Bəsic – hazırlıq, səfərbərlik deməkdir. İİR-da xalq könüllülərindən ibarət təşkilat belə adlanır…
Оn ikinci mәsum İmаm Hәzrәt Mәhdi ibn Hәsәn Әskәri (әlеyhissәlаm) hicrәtin iki yüz әlli bеşinci ili şәbаn аyının оn bеşindә Sаmirrа şәhәrindә аnаdаn оlmuşdur…
Saleh bir bəndə və həqiqi mənada arif insan olan Şeyx Rəcəbəli Xəyyatın xatirəsinə həsr olunan bu kitabın yazılması haqda oxucuları (xüsusilə də əgər oxucu Şeyxin şagirdlərindəndirsə) maraqlandıran ilk sual bu ola bilər: Görəsən heç bir vaxt Şeyxi görməyən və özü də ixtisas və tədqiqatları xatirə yazmaq olmayan müəllifi belə bir məcmuə yazmağa nə vadar etmişdir?
Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə əlaqə vasitəsi sayılır. Əhli-beytdən nəql olunmuş dualar arasında “Kumeyl” duası öz ali və irfani xüsusiyyətlərinə görə müstəsna yer tutur. “Kumeyl” duasını ilahi, irfani və insani məsələləri açıqlayan əhatəli bir məktəb kimi qəbul edə bilərik. Bu duadakı incə həqiqətləri dərk etmək üçün onun hər cümləsinin şərhinə ehtiyac vardır.
İmam Əlinin (ə) məktəbi insanlar üçün tərbiyə məktəbidir. Təkamül və kamal istedadı olan kəs Əmirəlmömininin uca şəxsiyyəti nurunda cana gəlir, dirilirdi. Bu insan mənəvi cəhətdən çiçəklənir və insaniyyət meracına ucalırdı…
Özünü tərbiyələndirmiş və pak insan-ların böyük ruhu başqalarına da paklıq və iman aşılayır. İsar əhlinin Allah yolunda sədaqət və fadakarlığı ətraf-dakıları da məsuliyyət və fədakarlığa ruhlandırır. ..