Hərəm müdafiəçisi Şəhid Həmid Muradi həyat yoldaşının xatirələrində Süfrədə oturanda dedi: -Son səhər yeməyini mənimlə yemək istəmirsən? Sanki ürəyimə xəncər sancıldı. Qulağım dediyi sözü eşitsə də, beynim inkar edirdi. Mətbəx başıma fırlanırdı. -Suriyadan zəng edəndə səni sevdiyimi necə deyərəm? Yanımda başqaları da olacaq. Onlar belə dediyimi eşitsələr, utandığımdan yerə girərəm. Birdən oxuduğum şəhid xatirələri yadıma düşdü. Bəziləri bu kimi vəziyyətlər üçün aralarında xüsusi sözlər seçmişdilər. Həmidə dedim: -Telefonda “səni sevirəm” yerinə, “yadında qalsın” deyərsən. Mən anlayacam. Təklifimdən xoşu gəldi. Pillələri düşə-düşə əl yelləyib ucadan deyirdi: -Yadında qalsın! Yadında qalsın! Təbəssüm edib dedim: -Yadımdadır! Yadımdadır!
Allah-təalanın insanlıq üçün qoyduğu qanunlar Qiyamətə qədər öz aktuallığını qoruyacaq. Əziz Peyğəmbərimizin (salləllahu ələyhi və alihi və səlləm) zamanında ümmətin etdiyi günahlar, O Həzrəti narahat etdiyi kimi, bu gün edilən günahlar da Zəmanə Sahibini (əccələllahu təala fərəcəhuşşərif) narahat edir. Bəli, həmin gühanlardan biri də hicabsızlıqdır…
“Çoxlu yer dəyişəndən, bu şəhərdən o birinə gedəndən sonra nəhayət, 1971-ci ildə Xürrəmşəhrə yerləşdik. Atamın aldığı torpaq Səntap məhəlləsində idi. O, qədim dostu Hacı Həbib və başqa iki dostu ilə yan-yana hərəsi təxminən 300 kv metr torpaq almışdılar və birlikdə tikintiyə başladılar. Çəmənbiddən Bürucerdə gedəndən sonra atam işin ağırlığına və ailədən uzaq qaldığına görə yol inşası şirkətindən çıxdı. Bundan sonra mərkəzi Tehranda yerləşən bir trikotaj fabrikinin rəhbəri ona iş təklif etdi. O, atama demişdi: “Tehrana gəl. Sənə yaxşı bir ev və digər avadanlıqlar verərəm, burada yaşayarsan”. Atamsa demişdi ki, Tehranın mühitindən, hicabsız küçələrindən xoşu gəlmir və Xürrəmşəhrə getməyi üstün tutur. Anamın və evimizin böyük uşağı olan Fevziyənin fikri də belə idi. Onlar da Xürrəmşəhri daha çox sevirdilər. Biz hamımız Xürrəmşəhri sevirdik.” Sabah Vətənxah bir gün xatirələrini yazmaq istəyinin səbəblərindən danışdı. 2009-cu ildə bir neçə ay bütün İranı çalxalayan və müxtəlif iğtişaşlara səbəb olan siyasi hadisələr baş verməsəydi, bəlkə heç vaxt xatirələrini söyləməyəcəkdi. -Gördüm ki, biz sükutumuzla bir addım geri çəkilmişik, əvəzində düşmən xüsusi ajiotajla bir neçə addım irəliləyib, xalqın düşüncəsində haqla batilin yerini dəyişdirmək istəyir. Daha sakit oturmaq vaxtı deyil. Artıq məsuliyyət hiss edirəm. Ümidvaram ötən illərdə dostlarımın, döyüş yoldaşlarımın başlarına gələnləri söyləməklə insanları qəflətdən oyada, maarifləndirə bilərəm.
anamın uşaqlıq dövrünün oyun yoldaşı olur və birlikdə atalarından Quran oxumağı öyrənirlər…
Atamla anam pıçıldaşırdılar. Nə barədə danışdıqları maraqlı gəlirdi. Hacı Sədulla xəbərsiz bizə gələndə də nəsə baş verdiyini anladım…
2015-ci ildə “Azad olan əsirlərin fəryadı” komitəsinə qoşulmaq mənə də qismət olanda, sanki özümü bu misilsiz sərgüzəştin bir üzvü hiss etdim…
Şübhəsiz, Əhli-Beyt (ə) məktəbinin nəfis inci xəzinələrindən olan və ardıcıllarının vasitəsilə qorunub saxlanılan mədəni-maarif mirası islami maarifin müxtəlif yönlərində olan hərtərəfli bir məktəbdir…
Bağışlayan və Mehriban Allahın adı ilə. İslam tarixini səhifələyərkən bir sıra şəxsiyyətlərlə rastlaşırıq ki, onlar tarixin gedişini dəyişdirmiş və onda dərin iz qoymuşlar. O dahi şəxsiyyətlərdən biri də öz əsrimizdə yaşamış, imam Xomeynidir.
ƏHLİ-SÜNNƏ VƏ CAMAATIN RƏHBƏR VƏ BAŞÇILARI 1. Əbu Bəkr ibni Əbi Qühafə; birinci xəlifə. 2. Ömər ibni Xəttab; ikinci xəlifə. 3. Osman ibni Əfvan; üçüncü xəlifə. 4. Təlhə ibni Übeydullah. 5. Zübeyr ibni Əvam. 6. Səd ibni Əbi Vəqqas. 7. Əbdürrəhman ibni Ovf. 8. Əbu Bəkrin qızı Aişə. 9. Xalid ibni Vəlid. 10. Əbu Hüreyrə Dusi. 11. Abdullah ibni Ömər. 12. Abdullah ibni Zübeyr.
İnsanları doğru yola yönəldən, şərəf və hörmət sahibi edən, onlara saysız-hesabsız nemət bağışlayan mərhəmətli və mehriban Allaha şükürlər olsun! Belə ki, Qurani-Kərimdə buyurulur: “Biz Adəm övladlarını şərəfli və hörmətli etdik, onları suda və quruda (gəmilərə, heyvanlara və başqa nəqliyyat vasitələrinə) mindirib sahib etdik, özlərinə təmiz ruzi verdik və onları yaratdığımız məxluqatın çoxundan xeyli üstün etdik.