AŞURA İNQİLABI
On dörd məsum , Tarix , Tövsüyə olunanlar / January 12, 2018

Onun qəbir daşına yazılıb:  “O bizim müsəlmanlığımızın dəlili idi.”Bu kəlam bir çox tanışların həmin qəlbigeniş insan haqqındakı ən gözəl vəsfidir.Mərhum höccətil-islam vəl-müslimin hacı Əliəsğər Səffar Hərəndi elə insanlardan idi ki, onun haqqında danışarkən yalnız doğum və vəfat tarixlərini qeyd etmək bəs etmir. Bu insanın həyatını addım-addım araşdırmaq və izləmək lazımdır…

KƏRBƏLADA ÇAXAN BİR ŞİMŞƏK

Şəhidlər sərvəri imam Hüseyn əleyhissəlamın əzadarlıq günlərinin yaxınlaşması münasibəti ilə İmam Zaman (ə.c.) həzrətlərinə, əziz rəhbərimizə, hörmətli alim və müctehidlərə və eləcə də İmam Hüseyn (ə) məktəbinin bütün ardıcıllarına başsağlığı verirəm! Allah-taala bizləri dünyada imam Hüseyn əleyhissəlamın ziyarət və himayəsindən, axirətdə şəfaətindən məhrum etməsin! Amin!

NƏSİHƏTLƏR

İslam dininin qorunub əbədi olaraq saxlanılmasının və genişlənməsinin əsas zəmanətvericisi onun göstərişlərinin təbliğ olunması, insanları yaxşı işlərə dəvət edib, pis işlərdən çəkindirmək prinsipinin həyata keçirilməsidir. Bu üç böyük və mühüm iş vacib bir vəzifə kimi bu dinin bütün ardıcıllarının öhdəsinə düşür…

ÖVSAFÜL-ƏŞRAF

Tərcümə, çıxarışlar, qeyd və şərhlər Füzuli Şəfiyevindir     Entesharate Darul-huda   Uzun illər boyu “Övsafül-Əşraf” kitabı görkəmli alimlər tərəfindən tədqiq edilmiş və yeri gəldikcə bir çox dünya dillərinə tərcümə olunmuşdur. Günümüzə qədər gəlib çatmış əlyazma nümunələri, həmin nüsxələrdə olan fərqlər qeyd olunan işləri dərinləşdirmiş və bu tədqiqatların nəticəsi olaraq, kitabın əsas hissələri demək olar ki, dəqiqləşmişdir. Üzərində tədqiqat işləri aparılan və əksər alimlərin diqqətini cəlb edən nümunələrdən biri də görkəmli alim Seyyid Mehdi Şəmsəddinin 1990-cı ildə nəşr etdiyi nüsxədir. Bu tərcümə də məhz həmin nüsxə əsasında hazırlanmışdır…     Kitabın adı:…………………………Övsafül-Əşraf Müəllif:…………………….Xacə Nəsirəddin Tusi Tərcümə edən:……………………..Füzuli Şəfiyev Nəşr edən:……………………………….Darul-huda Çap tarixi:…………………………………………2005 Çap növbəsi:…………………………………..Birinci Tiraj:………………………………………………..3000

İmam Səccad (ə) haqqında bilmədikləriniz

İmam Səccad (ə) haqda danışmaq və yazmaq çətindir. Çünki insanların bu böyük imamla tanışlığına şərait çox əlverişsizdir. Əksər tarixçi və təhlilçilər elə bilirlər ki, bu imam bir tərəfdə oturub ibadətlə məşğul olmuş və siyasətə qarışmamışdır. Bəziləri bunu açıqca söyləmişlər, açıq söyləməyənlərin də qənaəti bundan başqa bir şey olmamışdır. Bunu imama verilən ləqəblərdən və deyilən sözlərdən də anlamaq olar…

MÜBARƏK AŞURA MEHİ

Böyük Rəhbər Həzrət Ayətullah Seyid Əli Xameneinin sözlərinə əsasən qanlı məhərrəm hərəkatına bir baxış   Aşuranın mübarək mehi Allah-Taalaya şükür edirik ki, yenidən bərəkətli məhərrəm və Aşura ərəfəsində yaşamaq, həm canımızı, həm elmi, ruhi və fiziki qüvvələrimizi Aşuranın mübarək mehindən və həzrət Əbu Abdullahın (ə) lütf mənbəyindən bəhrələndirmək səadətini bizə nəsib etdi…   Kitаbın аdı:…………………Mübarək Aşura mehi Tərcümə еdən:……………………….İbrahim Mirzə Nəşr еdən:…………………………….”Üfüqe-fərda” Çаp tаriхi:………………………………………….2013 Çаp növbəsi:……………………………………Birinci Tirаj:…………………………………………………3000

AŞURA İBRƏTLƏRİ
On dörd məsum , Tövsüyə olunanlar / October 29, 2017

Bismillahir-rəhmanir-rəhim AŞURA İBRƏTLƏRİ İslam İnqilabının Böyük Rəhbəri cənab Ayətullah Seyid Əli Xameneinin çıxışlarından seçmələr   “Məhəmməd Rəsulullah” diviziyasının komandirləri ilə görüşdə çıxış (10 iyun, 1996)   İslam mədəniyyətində daha çox erkən İslam tarixində və bir qədər də digər dövrlərdə bariz nümunələri görünən mühüm məqamlardan biri döyüş və cihad mədəniyyətidir. Cihad yalnız döyüş meydanında iştirak etmək demək deyil. Çünki…