Mərcəi təqlid Ayətullah Üzma Seyid Əli Hüseyni Xameneinin fətvalarına əsasən Bu risalə dünya şiələrinin görkəmli və dahi mərcəyi təqlidi Cənab Ayətullah Üzma Hacı Seyid Əli Xameneinin (Allah onun ömrünü artırsın) fətvaları əsasına tənzim edilmiş şəri hökmlər toplusudur. Onun fiqhi fətvaları əvvəlcə “Əcvibətul-istiftaat”, yəni “Suallara cavablar” risaləsində çap və nəşr olunub. Bu risalə o cənabın fətvalarına, eləcə də müxtəlif fiqhi bölümlərdə müqəllidlərinin suallarına verdiyi cavablara aiddir. Bu risalə əvvəlcə ərəb, sonra isə fars dilinə çevrilərək nəşr edilib.
Ayətullah Seyid Əli Xamenei Namaz ən önəmli ibadətdir, düzgün şəkildə və diqqətlə yerinə yetirilsə, insanın ruhunu təmizləyər, qəlbini işıqlandırar, onu xoşagəlməz xarakterlərdən uzaq durmağa qadir edər. Namaz fərdi və cəmiyyəti tədricən bütün çirkablardan təmizləyə bilər. Yaxşı olar ki, namaz ilk vaxtında, (Allahla ünsiyyətə) diqqətlə və riyasız qılınsın, namazqılan hər sözündə Allah-taala ilə danışdığını xatırlasın və nə dediyini bilsin.
Bu şərif risaləyə əməl etmək, inşallah, müczidir (əməllərin düzgün olmasına kifayətdir)…
İnsan bütün seçimlərində məqsədə çatmaq üçün zəruri biliklərə malik olmalıdır. O, əldə etdiyi elm və mərifət, araşdırmalarla iqtisadi və ictimai, dünyəvi və üxrəvi (axirətə aid) həyat yolu və ənənələri müəyyənləşdirməlidir. İnsanın istedadları və gücü məhdud olduğundan, eləcə də, bütün sahələrdə mütəxəssislik dərəcəsinə yüksələ bilmədiyindən o başqalarının biliklərindən faydalanmağa məcburdur…
Vilayəti-fəqih nəzəriyyəsini haqlı olaraq imam Mehdinin (əc) qeyb dövründə İslamın siyasi üsul-idarəsinin ən prinsipial və mühüm əsası saya bilərik. Bu nəzəriyyə 20 əsrin sonlarında cəmiyyətin idarə olunması baxımından dinin rolunu və səlahiyyətini əməli şəkildə sübuta yetirdi. İslam Respublikasının banisi həzrət imam Rahil (r) bu düşüncəyə əsaslanaraq İslam üsul-idarəsi yaratdı. Hansı ki, dünyanın imperialist super gücləri bu prosesə ciddi müxalifətdə idilər…
Hər bir düşüncə sahibi İslam Hüququnun incəliklərinə yiyələndikdən sonra şəriət hökmlərini başqalarına çatdıra bilər. Həyatın həm fərdi, həm də ictimai sahələrində fiqh elminin göstərişlərinə insanların ehtiyaclı olmaları inkarolunmazdır. Zamanın dəyişməsi, yeni mövzu və məsələlərin yaranması, baş verən hadisələr, cəmiyyətin inkişafı, əlaqələrin möhkəmlənməsi fiqh elminə olan ehtiyacı daha da artırır…