Əmirəl-möminin Əli (ə)-ın saleh şəxsləri vali təyin etmək və səlahiyyətsiz, ləyaqətsiz şəxsləri işdən götürməklə ilahi-haqq hökumətinin əsaslarını möhkəmləndirdikdən sonra artıq Şamdakı xəbis şəcərənin (sülalənin) köklərini kəsərək onun şərrini islam cəmiyyətindən uzaqlaşdırmağın vaxtı gəlib çatmışdı. Bu məsələ Həmdanın hakimi Cəririn Kufəyə gəldiyi vaxt daha da dəqiqləşdi.
İslam dini həyatın bütün sahələrində olduğu kimi, təlim və təhsil sahəsində də bəzi üsul və qanunlar müəyyən etmişdir. Onlardan bəziləri müəllimlərin tədrisinə, bəziləri şagirdlərin əxlaq və davranışlarına, bəziləri də şagirdlərlə müəllimlərin qarşılıqlı münasibətlərinə aiddir…
Müasir əsrimizdə dünyada böyük bir dəyişiklik və irəliləyişə sahibik. Bu dəyişiklik ən möhtəşəm və səmavi dinlərdən olan İslam dinindən qaynaqlanır…
Mənə Allah Evinə müşərrəf olub Rəsuli-Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-in və məsum imamların (Allahın salamı onlara olsun) məzarlarını ziyarət etmək səadəti nəsib oldu…
İslamda müxtəlif fikir cərəyanları və məzhəblər çox erkən dövrlərdə təşəkkül tapmağa başlamışdır…
Hərəm müdafiəçisi Şəhid Həmid Muradi həyat yoldaşının xatirələrində Süfrədə oturanda dedi: -Son səhər yeməyini mənimlə yemək istəmirsən? Sanki ürəyimə xəncər sancıldı. Qulağım dediyi sözü eşitsə də, beynim inkar edirdi. Mətbəx başıma fırlanırdı. -Suriyadan zəng edəndə səni sevdiyimi necə deyərəm? Yanımda başqaları da olacaq. Onlar belə dediyimi eşitsələr, utandığımdan yerə girərəm. Birdən oxuduğum şəhid xatirələri yadıma düşdü. Bəziləri bu kimi vəziyyətlər üçün aralarında xüsusi sözlər seçmişdilər. Həmidə dedim: -Telefonda “səni sevirəm” yerinə, “yadında qalsın” deyərsən. Mən anlayacam. Təklifimdən xoşu gəldi. Pillələri düşə-düşə əl yelləyib ucadan deyirdi: -Yadında qalsın! Yadında qalsın! Təbəssüm edib dedim: -Yadımdadır! Yadımdadır!