SABAH
Roman , Tövsüyə olunanlar / July 25, 2020

“Çoxlu yer dəyişəndən, bu şəhərdən o birinə gedəndən sonra nəhayət, 1971-ci ildə Xürrəmşəhrə yerləşdik. Atamın aldığı torpaq Səntap məhəlləsində idi. O, qədim dostu Hacı Həbib və başqa iki dostu ilə yan-yana hərəsi təxminən 300 kv metr torpaq almışdılar və birlikdə tikintiyə başladılar. Çəmənbiddən Bürucerdə gedəndən sonra atam işin ağırlığına və ailədən uzaq qaldığına görə yol inşası şirkətindən çıxdı. Bundan sonra mərkəzi Tehranda yerləşən bir trikotaj fabrikinin rəhbəri ona iş təklif etdi. O, atama demişdi: “Tehrana gəl. Sənə yaxşı bir ev və digər avadanlıqlar verərəm, burada yaşayarsan”. Atamsa demişdi ki, Tehranın mühitindən, hicabsız küçələrindən xoşu gəlmir və Xürrəmşəhrə getməyi üstün tutur. Anamın və evimizin böyük uşağı olan Fevziyənin fikri də belə idi. Onlar da Xürrəmşəhri daha çox sevirdilər. Biz hamımız Xürrəmşəhri sevirdik.” Sabah Vətənxah bir gün xatirələrini yazmaq istəyinin səbəblərindən danışdı. 2009-cu ildə bir neçə ay bütün İranı çalxalayan və müxtəlif iğtişaşlara səbəb olan siyasi hadisələr baş verməsəydi, bəlkə heç vaxt xatirələrini söyləməyəcəkdi. -Gördüm ki, biz sükutumuzla bir addım geri çəkilmişik, əvəzində düşmən xüsusi ajiotajla bir neçə addım irəliləyib, xalqın düşüncəsində haqla batilin yerini dəyişdirmək istəyir. Daha sakit oturmaq vaxtı deyil. Artıq məsuliyyət hiss edirəm. Ümidvaram ötən illərdə dostlarımın, döyüş yoldaşlarımın başlarına gələnləri söyləməklə insanları qəflətdən oyada, maarifləndirə bilərəm.

VİLAYƏT GÜNƏŞİ
Tövsüyə olunanlar / May 21, 2020

Şübhəsiz, Əhli-Beyt (ə) məktəbinin nəfis inci xəzinələrindən olan və ardıcıllarının vasitəsilə qorunub saxlanılan mədəni-maarif mirası islami maarifin müxtəlif yönlərində olan hərtərəfli bir məktəbdir…

ƏBƏDİ SƏADƏT YOLU
Tövsüyə olunanlar / May 16, 2020

Bağışlayan və Mehriban Allahın adı ilə. İslam tarixini səhifələyərkən bir sıra şəxsiyyətlərlə rastlaşırıq ki, onlar tarixin gedişini dəyişdirmiş və onda dərin iz qoymuşlar. O dahi şəxsiyyətlərdən biri də öz əsrimizdə yaşamış, imam Xomeynidir.

HƏQİQƏT OLDUĞU KİMİ 2
Tövsüyə olunanlar / May 16, 2020

ƏHLİ-SÜNNƏ VƏ CAMAATIN RƏHBƏR VƏ BAŞÇILARI 1. Əbu Bəkr ibni Əbi Qühafə; birinci xəlifə. 2. Ömər ibni Xəttab; ikinci xəlifə. 3. Osman ibni Əfvan; üçüncü xəlifə. 4. Təlhə ibni Übeydullah. 5. Zübeyr ibni Əvam. 6. Səd ibni Əbi Vəqqas. 7. Əbdürrəhman ibni Ovf. 8. Əbu Bəkrin qızı Aişə. 9. Xalid ibni Vəlid. 10. Əbu Hüreyrə Dusi. 11. Abdullah ibni Ömər. 12. Abdullah ibni Zübeyr.

HƏQİQƏT OLDUĞU KİMİ
Tövsüyə olunanlar / May 11, 2020

İnsanları doğru yola yönəldən, şərəf və hörmət sahibi edən, onlara saysız-hesabsız nemət bağışlayan  mərhəmətli və mehriban Allaha şükürlər olsun! Belə ki, Qurani-Kərimdə buyurulur: “Biz Adəm övladlarını şərəfli və hörmətli etdik, onları suda və quruda (gəmilərə, heyvanlara və başqa nəqliyyat vasitələrinə) mindirib sahib etdik, özlərinə təmiz ruzi verdik və onları yaratdığımız məxluqatın çoxundan xeyli üstün etdik.

ƏHLİ-BEYTİN MƏQAMI
Tövsüyə olunanlar / May 11, 2020

İnsan öz varlığı, yaşadığı ətraf aləm, kainat, bu kainata hakim olan nizam-intizam və ümumilikdə ən kiçiyindən tutmuş ən böüyüynə qədər həyat üçün zəruri olan bütün vasitələrə görə özünü Allaha borclu hesab edərək ona şükr edir…

İMAM ZAMANLA GÖRÜŞƏNLƏR
Tövsüyə olunanlar / May 10, 2020

“Pərvərdigara! Ağlayıb-sızlayaraq Səndən İmam Zamanın kəramətli dövlətini zühura yetirməyini, onun zühuru ilə İslama və ümmətinə izzət əta qılmağını, nifaq və nifaq əhlini zəlil etməyini istəyirik.

ƏHLİ-BEYT (əleyhimussalam)
Tövsüyə olunanlar / May 10, 2020

قالَ رَسُولُ الله (ص) فَقِيهٌ وَاحِدٌ اَشَدُّ عَلَيَ اِبْلِيس مِنْ اَلْفِ عَابِدٍ Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) buyurmuşdur: “Bir fəqih, İblisə qarşı min abiddən güclüdür.”

ƏHLİ-BEYTİN (ƏLEYHİMÜS-SALAM) MATƏMİNDƏ MƏRSİYƏLƏR, ŞEİRLƏR, XÜTBƏLƏR
Tövsüyə olunanlar / May 10, 2020

Bu kitabdakı növhə, mərsiyə və mədhiyyələr, habelə, Əhli–beyt (əleyhimüs–salam)-ın fəzilətinə dəlalət edən hədislər müxtəlif kitablardan–təqribən iyirmiyə yaxın–və məşhur rövzəxanların lent yazılarından seçilmişdir. Bunları yazmaqda məqsədimiz Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) Əhli–beytinə qarşı rəva görülən zülmlərin, kinələrin tanıtdırılmasında xalqımıza azacıq da olsa, agahlıq verməkdir.