Çox gözəl bir məclisdir. Gənclərin, xüsusən də elm və biliklə məşğul olan gənclərin məclisləri həmişə belə olur…
Çox səmimi və gözəl bir məclisdir. İnsan hiss edir ki, məclisdə ixlas, gənclik şövqü və iman dalğalanır. Siz əziz qardaş və bacılar, tələbə və şagirdlər çox böyük nemət olan gənclikdən əlavə bir üstünlüyə də maliksiniz. O üstünlük budur ki, elmi işlə, təhsillə məşğulsunuz…
Ən yaxşı peşə Əgər indi mənim bir iş və peşə seçiminə imkanım olsaydı, seçəcəyim 2-3 işdən biri, heç şübhəsiz, sizin işiniz olardı: beyin və ruhlarında elm bəzəyi olan, gələcəkdə ölkənin, xalqın və hətta İslam və müsəlmanların işlərini idarə edəcək gənc nəsillə işləmək. Bu, çox əhəmiyyətli işdir. Mən də gənclikdə az-çox bu işlə məşğul olmuşam…
Sizi düşündürən sualları yazın. Mən də lazım bildiklərimi sonradan deyəcəyəm. Amma ürəyim istəyir əziz tələbələr sual versinlər, mən cavablandırım…
Elm ciddi sayılmalıdır. Siz tələbələr və təhsil alan digər şəxslər universitetdə dərs oxumağa, əməli və tədqiqat işlərinə, istedadları çiçəkləndirib inkişaf etdirməyə önəm verməlidirlər …