Quranda İmamət

MÜƏLLİF: Höccətül-İslam Vəl-Muslimin Məhəmməd Baqir Saivər

September 9, 2022

Quranın tematik təfsiri

Dəyərli alim Höccətül-islam Məhəmməd Baqir Saivərin sizə
təqdim etdiyimiz növbəti əsərində, Qurani-Kərimdə imamət etiqadı
haqda geniş və dərin araşdırma aparılmışdır. İslam dünyasında ən
önəmli və əsaslı məsələlərdən olan imamət inancı daim bütün
məzhəblər tərəfindən diqqətlə izlənmiş və müxtəlif şərh və
izahlarla tədqiq olunmuşdur. Amma hazırkı kitabın eyni mövzulu
əsərlərdən fərqi budur ki, imamət məsələsi Qurani-Kərim və
hədislər baxımından araşdırılmasından əlavə, tarixi aspektən də
tədqiq edilir və sosioloji amillər nəzərdən qaçmır. İmamət
məsələsinə münasibətdə fərdin inancının psixoloji analizi ilə birgə
bu məsələyə baxış tərzində onun üzərində təzyiq yaradan sosial
mühəndislik, yönləndirmə funksiyalarının hansı dərəcədə təsirli
olması izah edilir.

No Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × one =