İmanın əlamətləri günah etməmək, Allahdan qorxmaq, Allah bəndələri ilə yaxşı davranmaq, Allah düşmənləri ilə düşmən olmaq, qardaşların kiçik ixtilaflarına asanlıqla göz yummaq, düşmənlərlə isə zərrələri də hesablamaqdır. Möminlərin qarşısında təvazökar olun, özünüzü kiçildin: “Möminlərə qarşı mülayim və təvazökar”. Bu, bir-biri ilə kəllə-kəlləyə gəlməklə uyğun deyil. Bu, məhəbbət, bağış və keçinməklə yaranır.
No Comments