Zeynəbin İmam Hüseynin (ə) şəhadətinin nəticələrindən xəbərdar olması
Zeynəb-Kübra o eşq, məhəbbət, mübarizə və fədakarlıq vadisində qardaşının parça-parça edilmiş bədənini yerdə görəndə yanında oturub qucaqladı, başını göyə qaldırıb fəryad etdi: “İlahi! Bu qurbanı bizdən qəbul elə!”[1]
Bilirdi ki, bu qan tarix boyu müsəlmanların qəlbində şəhadət və fədakarlıq selini coşduracaq. Və coşdurdu da. Bu təlatümlü dərya Aşuradan bu yana dalğalanmağa davam edir.
Şəhidlərin qanı hesabına çoxlu tağut rejimləri devrilmişdir. Zülmü viran qoyan bu güclü fırtına səbəbindən zalım Bəni-Üməyyə rejimi və bir çox Bəni-Abbas hakimiyyətləri tamamilə məhv edilib, İslam torpaqlarında çoxlu dövlətlər qurulub, İslam dini və onun vuran nəbzi olan Əhli-beyt məktəbi isə yaşayıb.
No Comments